Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:11

Vaqif Səmədoğlu. Qalib


-

KİNODRAMATURGİYA



Va­qif SƏ­MƏ­DOĞ­LU


QA­LİB



Av­to­mat te­le­fo­nu­nun boş ka­bi­nə­si. Te­le­fo­nun dəs­tə­yi sa­at kəf­ki­ri ki­mi ha­va­da yel­lə­nir.


Ya­ğış. Nə­həng yük gə­mi­si li­ma­na yan alır. Bu, qap­qa­ra ma­zut, neft da­şı­yan tan­ker­dir. Gə­mi­dən atı­lan kən­dir­lə­ri li­ma­nın da­yaq di­rək­lə­ri­nə ke­çi­rir­lər. Ta­rı­ma çə­ki­lən kən­dir. Kən­di­rin sə­si.


Jur­nal sto­lu. Üs­tün­də­ki te­le­fo­nun ar­dı-ara­sı kə­sil­mə­yən zən­gi. Di­var bo­yu boş, qa­pı­la­rı açıq quş qə­fəs­lə­ri.


Av­to­mat te­le­fo­nun boş ka­bi­nə­si. Dəs­tək ha­va­da yel­lə­nir. Sa­at kəf­ki­ri ki­mi.


Ba­let stu­di­ya­sı. Ba­le­ri­na­lar da­yaq tax­ta­sın­dan tu­tub məşq edir­lər. Met­ro­no­mun sə­si. Kim isə xa­nə sa­yır: raz-dva, raz-dva, raz i dva i və s.


Tan­ke­rin tra­pı qo­yu­lur. Mat­ros­la­rın və li­man fəh­lə­lə­ri­nin qat­ma­qa­rı­şıq səs­lə­ri. İş pro­se­si­nin xa­o­su.


Ba­kı də­yir­ma­nı­na qa­tar ya­xın­la­şır. Fəh­lə­lər qa­tar­dan un ki­sə­lə­ri bo­şal­dır­lar.


Də­niz. Üfü­qə ki­mi boş sa­hil­də fil gə­zir. Si­be­li­u­sun “Qəm­li val­sı” ça­lı­nır.


Otaq. Bir ne­çə oğ­lan və qız rəqs edir­lər. Sto­lun üs­tün­də bay­ram şa­mı­nın qa­lıq­la­rı. Oy­na­yan­la­rın ara­sı ilə qo­ca ki­şi gə­zi­şir. Sər­xoş­dur. Onun pen­cə­yi­nin dö­şü id­man ni­şan­la­rı ilə do­lu­dur.


Boş li­man. Ax­şam­dır. Kim­sə oxu­ya-oxu­ya tan­ke­rin gö­yər­tə­si­ni yu­yur.


Kü­çə. Ya­na­şı da­yan­mış ma­şın­lar. Ya­şıl işıq ya­nan ki­mi on­lar get­mə­yə baş­la­yır.


Sta­di­on. Boş am­fi­te­atr. Yüz­metrlik. Cı­ğı­rın star­tı­na qo­ca ki­şi ya­xın­la­şır, qa­çır. Ayaq­la­rı do­la­şa-do­la­şa. Qa­çış cı­ğı­rı­nın ya­nı­na qə­lə­bə üç­pil­lə­si atı­lıb. Qo­ca fi­ni­şi ke­çən­dən son­ra üç­pil­lə­yə ya­xın­la­şır. Bi­rin­ci pil­lə­yə qalxmaq is­tə­yir, gü­cü an­caq otur­ma­ğa ça­tır.


Boş ba­let stu­di­ya­sı.


Üs­tün­də bay­ram şa­mı­nın qa­lıq­la­rı olan stol. Şam­lar yan­dı­rı­lıb. Kə­rim bir qız­la oy­na­yır. Kres­lo­lar­da, di­van­da o bi­ri gənclər yu­xu­ya ge­dib­lər. Da­ğıl­mış saç­lar, di­van­dan əl sal­la­nır, ovuc­da bir ne­çə si­qa­ret kö­tü­yü. Oy­na­yan qız qol­la­rı­nı Kə­ri­min boy­nun­dan açıb boş kres­lo­ya yı­xı­lır. Di­van­da ya­tan oğ­lan­lar­dan bi­ri ağ­zı­nı tu­tub otaq­dan tə­lə­sik çı­xır. Kə­rim qı­za ya­xın­la­şır. Qız ya­tıb. Kə­rim otaq­dan çı­xır.


Av­to­mat te­le­fo­nun bud­ka­sı. Dəs­tək sa­at kəf­ki­ri ki­mi ha­va­da yel­lə­nir. Sə­hər tə­zə açı­lır. Kə­rim kü­çə­lər­lə ge­dir. Uca ev. Kə­rim evin dəh­li­zi­nə gi­rir.


Lift. Mə­lək li­ba­sı gey­miş lift sü­rə­nin üzü qır­xıl­ma­yıb. Li­ba­sı­nın qa­nad­la­rı sür­tü­lüb. Qa­na­dın bə­zi yer­lə­rin­dən pam­bıq sal­la­nır.



KƏ­RİM: - Bəs sə­ni bu gün də­yiş­mə­yib­lər?


LİFT SÜ­RƏN: - Nar­da­ran­da toy var, Sü­rəy­ya ax­şam­dan ora ge­dib.


Lift da­ya­nır.


KƏ­RİM: - Çox sağ ol...


Kə­rim lif­tin qa­pı­sı­nı ör­tüb evi­nə gi­rir.


Otaq. Jur­nal sto­lu­nun üs­tün­də­ki te­le­fo­nun dal­ba­dal zən­gi. Kə­rim te­le­fo­na “şiş” gös­tə­rir. Mət­bə­xə ke­çir.


Mət­bəx­də qəh­və dəm­lə­yir, fin­ca­na tö­küb ota­ğa ke­çir. Te­le­fo­nun zən­gi. Kə­rim jur­nal sto­lu­nun qa­ba­ğın­da­kı kres­lo­ya otu­rub ya­vaş-ya­vaş qəh­və içir. Son­ra fin­ca­nı sto­la qo­yub te­le­fo­nun dəs­tə­yi­ni qal­dı­rır. O, dəs­tə­yi qal­dı­ran ki­mi ota­ğa quş səs­lə­ri do­lur. On­la­rın sə­sin­dən az qa­lır ki, qu­laq partla­sın...


Bu quş səs­lə­ri­nin fo­nun­da titrlər baş­la­nır.


QA­LİB


və s.


Tən­tə­nə­li ic­las sa­lo­nu. Kim­sə nitq söy­lə­yir, onun son söz­lə­ri­ni eşi­di­rik:


- ... hə­mi­şə­lik boy­nun­dan at­dı! Odur ki, mən bü­tün Azər­bay­can tor­pa­ğı­nın, azə­ri xal­qı­nın adın­dan de­yi­rəm - Ku­ba si, yan­ki no!


İc­la­sın pre­zi­di­u­mu aya­ğa qal­xır. Al­qış səs­lə­ri, əl­lər. Saq­qal­lı ku­ba­lı nitq de­yə­ni qu­caq­la­yıb. On­lar öpü­şür. Al­qış səs­lə­ri. İc­la­sın səd­ri şə­ha­dət bar­ma­ğı­na tax­dı­ğı iri üzü­yü qra­fi­nə vu­ra-vu­ra sa­lo­nu sa­kit­ləş­dir­mə­yə ça­lı­şır. Səs­lər aza­lır.



SƏDR: Do­ro­qi­ye to­va­ri­şi! Na etom, raz­re­şi­te mne, ob­şe­qo­rodskoy mi­tinq, posvya­şon­nıy so­vetsko-ku­binskoy druj­be, ob­ya­vit zak­rı­tım. Pos­le pe­re­rı­va bu­det kon­sert mas­te­rov is­kusstv Azer­baydja­na!


Al­qış səs­lə­ri. Mu­si­qi baş­la­nır. Ha­mı aya­ğa qal­xır. Si­be­li­u­sun “Qəm­li val­sı”... Bir-bi­ri­nə ba­xan adam­lar. Pərtlik. Əv­vəl­cə pı­çıl­tı­lar­dan iba­rət olan səs artma­ğa baş­la­yır. Bir­cə ku­ba­lı qo­naq çox cid­di­dir. Onun üzü qı­mıl­dan­mır.


Te­at­rın ko­ri­dor­la­rı ilə adam­lar qa­çır. “Ad­mi­nistra­tor” qa­pı­sın­dan ba­şı­nı tut­muş adam çı­xır, qaç­ma­ğa baş­la­yır. Qa­çan­lar­dan bi­ri ürə­yin­dən tu­tub di­va­na otu­rur. Sa­lo­nun ko­ri­dor­la­ra açı­lan qa­pı­la­rın­dan adam­lar çı­xır. Asıl­qı­da ba­sa­bas. Ad­dım və mu­si­qi səs­lə­ri. Mu­si­qi qəf­lə­tən kə­si­lir.


Ad­mi­nistra­tor və te­atr iş­çi­lə­ri qo­ca bir ar­va­dın qol­la­rın­dan tu­tub ye­ri­yir­lər.


Di­rek­to­run ka­bi­ne­ti. O, te­le­fon­la da­nı­şır.



Dİ­REK­TOR: Bə­li... bə­li... elə­dir, am­ma... xeyr, partkom Sa­çi­də­dir... xeyr, mə­zu­niy­yət... bə­li... müt­ləq, baş üs­tə... bə­li?


Di­rek­tor dəs­tə­yi te­le­fo­nun üs­tü­nə qo­yur.


Ad­mi­nistra­tor və iş­çi­lər qo­ca ar­vad ilə ka­bi­ne­tə gi­rir­lər. Ad­mi­nistra­tor qa­rı­nı di­rek­to­run ya­nı­na çə­kir.



AD­Mİ­NİSTRA­TOR: - Qa­ra Qa­ra­ye­vin mu­zı­ka­sı­nı bu bu­ra­xıb!


Dİ­REK­TOR: - Bu kim­di?


AD­Mİ­NİSTRA­TOR: - Ubor­şit­sa!


QO­CA AR­VAD: - Əş­şi, mən­dən nə ya­pış­mı­sız? Kə­rim mə­nə de­di ki, quş­la­ra dən ver­mə­mi­şəm, sən bur­da otur, ic­la­sı apa­ran rus­ca da­nı­şıb qur­ta­ran ki­mi ra­di­o­nun bu düy­mə­si­ni bas, elə ki, mah­nı qur­tar­dı, bu bi­ri­ni bas. Mən də bas­dım!


AD­Mİ­NİSTRA­TOR: - Maq­ni­to­fo­nun.


QO­CA AR­VAD: - Zəh­ri­ma­rın! Bas de­di, mən də bas­dım! Qırx iki ma­nat pul alı­ram, hə­lə bir...


Dİ­REK­TOR: - Kə­ri­min evi­nə adam gön­dər­mi­sən?


AD­Mİ­NİSTRA­TOR: - Bəs ne­cə, gön­dər­mi­şəm, val­lah!


Dİ­REK­TOR: - On­da tez gön­dər.


AD­Mİ­NİSTRA­TOR: - Baş üs­tə!


Ad­mi­nistra­tor ka­bi­net­dən çı­xır.


Te­at­rın hə­yə­ti. Yan-ya­na, üs­tə-üs­tə atıl­mış ni­zam­sız de­kor­lar. Ya­ğış. Üs­tü­nə tor­ba əs­ki­si atıl­mış Ve­ne­ra, Ro­ma ara­ba­sı, ba­rok­ko sü­tun­la­rı və s. Hə­yə­tə tə­ci­li yar­dım ma­şın­la­rı gi­rir. Bir, iki, üç... Te­atr fəh­lə­lə­ri və sa­ni­tar­lar. Qaç­ha­qaç. Ve­ne­ra yı­xı­lır. Ve­ne­ra­nın ayaq­la­rı. Üs­tün­də diz­lə­ri­nə qə­dər tor­ba əs­ki­si.


Ba­let stu­di­ya­sı. İş tri­ko­la­rı gey­miş qız­lar di­rək tax­ta­sın­dan tu­tub məşq edir­lər. Qız­lar­dan bi­ri kə­nar­da da­ya­nıb qan­tel­lər­lə məş­ğul olur. Kim isə xa­nə sa­yır.


Boş li­man. Tan­ke­rə ki­çik buk­sir ka­te­ri ya­xın­la­şır. Kü­çə. Ar­xa­sın­da iri di­var sa­a­tı apa­ran bir adam ge­dir. Pi­və­xa­na. Tüs­tü. İn­san səs­lə­ri­nin və sü­ni mər­mər­lə ör­tül­müş stol­la­ra də­yən kruj­ka­la­rın vəh­də­ti. Di­var­da Re­pi­nin “Bur­lak­la­rı”, on­dan bir az o yan­da mıx­lan­mış dib­çək­də aş­dım-daş­dım gü­lü. Kə­rim yol­da­şı ilə pi­və içir. Əh­sə­nin əlin­dən vob­la ye­rə dü­şür. O, vob­la­nı qal­dı­rıb qə­zet ilə sil­mə­yə baş­la­yır. Ba­lı­ğı tə­miz­lə­yir.



ƏH­SƏN: - Pri­ka­zı ver­di­lər?


KƏ­RİM: - Dü­nən.


ƏH­SƏN: - Al­la­hı­na şü­kür elə ki, be­lə qur­tar­dı. Tu­ta da bi­lər­di­lər.


Qon­şu stol­da pi­və içən sər­xoş bir adam Əh­sə­nin üs­tü­nə qış­qı­rır.


SƏR­XOŞ: - Mə­nim ya­nım­da qa­za­mat­dan da­nış­ma, may­gü­lü!


ƏH­SƏN: - May­gü­lü atan­dı!


Sər­xo­şun yol­da­şı onun qu­la­ğı­na nə isə de­yir. Sər­xoş iki kruj­ka pi­və gö­tü­rüb qur­tum-qur­tum pi­və­lə­ri içir. Sa­kit­lə­şir.


Kü­çə. Əs­gər­lər ke­çir.


Pi­və­xa­na.



ƏH­SƏN: - Gə­rək di­rek­to­ru da çı­xar­day­dı­lar axı?


KƏ­RİM: - Əş­şi, o heç, mə­nə bu mə­sə­lə­dən bir­cə şey ya­man ləz­zət ve­rib. De­yir­lər ki, Si­be­li­u­sun val­sı ça­lı­nan­da ku­ba­lı ya­man cid­di da­ya­nıb­mış.


ƏH­SƏN: - Ney­lə­sin, ya­zıq elə bi­lib ki, him­ni­miz­dir də...


KƏ­RİM: - Be­lə iş­lər...


ƏH­SƏN: - İn­di ney­lə­yə­cək­sən?


KƏ­RİM: - Bil­mi­rəm.


ƏH­SƏN: - Get köh­nə ye­ri­nə.


KƏ­RİM: - Gö­tür­məz­lər. Onu ta­nı­mır­san? İn­di se­vin­di­yin­dən bil­mir ha­ra get­sin.


ƏH­SƏN: - Be­lə iş­lər... pi­və ni­yə iç­mir­sən?


Kə­rim pi­və içir. Pi­və­xa­na­ya qar­mon­çu və oğ­lan gi­rir­lər. Kim isə on­la­ra stul ve­rir. On­lar otu­rur­lar. Oğ­la­nın diz­lə­ri üs­tə iri na­ğa­ra. Pa­qon­suz əs­gər pal­ta­rı gey­miş bir adam stol-stol adam­lar­dan pul yı­ğır. Kə­rim­gi­lin sto­lu­na ya­xın­la­şır.


PUL YI­ĞAN: - Ada­ma on şa­hı gə­lin.


Kə­rim pul ve­rir. Pul yı­ğan pul­la­rı qar­mon ça­la­na uza­dır. O, pul­la­rı sa­yıb ci­bi­nə qo­yur, qar­mo­nu­nu qu­tu­dan çı­xar­dır. Qu­tu­nun içi­nə Sta­li­nin ana­sı və oğ­lu ilə çə­kil­miş şək­li ya­pış­dı­rı­lıb.


PUL YI­ĞAN: - Xa­muş! Ay ca­ma­at, xa­muş!


Pi­və­xa­na­nın sə­si aza­lır. Qar­mon­çu ilə oğ­lan çal­ma­ğa baş­la­yır­lar. “Na­ti­qi” oyun ha­va­sı. Kim isə oy­na­maq is­tə­yir, qoy­mur­lar.


Ba­let stu­di­ya­sı. Məşq edən qız­lar. Məş­qin son də­qi­qə­lə­ri­dir. Mü­əl­lim xa­nə sa­yır.



MÜ­ƏL­LİM: - Ak­pe­ro­va, zo­lot­ko mo­yo, leq­çe, leq­çe, ta­koe an-tra-şa se­ni­li v ne­povskie vre­me­na, sey­ças leq­çe, leq­çe, vot tak, vot tak, pos­mot­ri na Pet­ro­so­vu, bra­vo, Pet­ro­so­va!


Ayaq­lar. Met­ro­nomun sə­si.


MÜ­ƏL­LİM: - Nu, na se­qodnya nor­ma. Por­ya­dok. Kak qo­vo­ri­li drev­nie qre­ki, re­pe­ti­si­ya okon­çe­na.


Məşq qur­ta­rır. Qız­lar da­ğı­lı­şır­lar.


Ge­yim ota­ğı. Sə­li­mə­yə rə­fi­qə­si Sa­ra ya­xın­la­şır. Qız­lar güz­gü­lər­də də əks olu­nur­lar.



SA­RA: - Kə­rim ney­lə­yir?


SƏ­Lİ­MƏ: - Ne­cə var idi he­lə. Gün­də içir. Pa­pam onun əlin­dən lap tən­gə gə­lib. Qor­xu­ram ki, zəng elə­sin. Sə­nin işin nə ol­du?


SA­RA: - Fo­toq­raf boy­nu­na al­mır. Bü­tün təq­sir­lər o sto­roj­da­dı.


SƏ­Lİ­MƏ: - Ba­şa dü­şə bil­mi­rəm, axı du­şa biz ha­mı­mız bir yer­də ge­di­rik, ne­cə olub ki, onu gör­mə­mi­şik, iy­nə-zad de­yil ki...


SA­RA: - Eh, giz­lən­mə­yə nə var ki?! Bəl­kə, apa­ra­tı bir ye­rə qo­yub... baş çı­xar­da bil­mi­rəm. Bil­mi­rəm heç ney­lə­yim. Gö­rə­sən çox şə­kil sa­ta bi­lib­lər?


SƏ­Lİ­MƏ: - Nə bi­lim, hər hal­da ne­qa­ti­vin ta­pıl­ma­sı yax­şı­dır. Ərin qa­yıt­dı?


SA­RA: - Yox, elə qa­yıt­ma­sa yax­şı­dır. Mən də çı­xıb ge­də­rəm Sverdlovski­yə. De­yir­lər or­da na­bor var.


SƏ­Lİ­MƏ: - Də­li ol­ma.


SA­RA: - Kü­çə­yə çı­xan­da elə bi­li­rəm ki, ha­mı mə­nə ba­xır...


SƏ­Lİ­MƏ: - Ba­şa dü­şü­rəm. Ge­dək bi­zə.


SA­RA: - Yox, Nan­ka­nı anam­gil­də qoy­mu­şam, gə­rək gö­tü­rəm.


Ge­yim ota­ğı­na ad­mi­nistra­tor gi­rir.


AD­Mİ­NİSTRA­TOR: - Qız­lar, sa­bah “Ba­rışnya i xu­li­qan”, sa­at on­da. Arut­yu­no­va ha­nı? Arut­yu­no­va!


SA­RA: - O bu gün gəl­mə­miş­di.


AD­Mİ­NİSTRA­TOR: - Sağ gəl­mə­sin onu gö­rüm!


Sə­li­mə av­to­bus da­ya­na­ca­ğı­na gə­lir. Av­to­bus. Av­to­bus da­ya­nır, Sə­li­mə av­to­bu­sa mi­nir.


Kü­çə­lər. Av­to­bus da­ya­nır. Sə­li­mə dü­şür.


Sə­li­mə hün­dür evin dəh­li­zi­nə gi­rir.


Lift. Lift sü­rən qa­dın­dır. Sə­li­mə lif­tə mi­nir.


Lif­tin içi.



Sə­li­mə: - Nə var, nə yox, Sü­rəy­ya xa­la, Məl­iki­miz­dən nə xə­bər var?


Qa­dın: - Sa­bah kə­sə­cək­lər.


Sə­li­mə: - Qorxma­yın, ap­pen­di­si­ti in­di AMİ-nin tə­lə­bə­lə­ri kə­sib atır­lar...


Qa­dın: - Bi­li­rəm qı­za, bi­li­rəm. Am­ma ki­şi mə­lək­dir də, qor­xu­ram.


Sə­li­mə: - Qorxma­yın, hər şey yax­şı olar. Çat­dıq. Sağ olun.


Qa­dın: - Qa­pı­nı yax­şı ört, sən Al­lah, əl­dən düş­mü­şəm.


Sə­li­mə liftdən çı­xır. Lif­tin şax­ta­sı­na açı­lan qa­pı­nı bərk çır­pır. Lift aşa­ğı dü­şür.


Bü­tün di­var­la­rı bo­yu qə­fəs­lər dü­zül­müş otaq. Jur­nal sto­lu, te­le­fon. Açar­la açı­lan qa­pı­nın sə­si eşi­di­lir. Ota­ğa Sə­li­mə gi­rir. İşı­ğı yan­dı­rır. İkin­ci ota­ğa ke­çir. Son­ra, əy­nin­də xa­lat, gə­lib jur­nal sto­lu­nun qa­ba­ğın­da­kı kres­lo­ya otu­rur. Zəng elə­yir.


Sə­li­mə: - Alo, Si­mu­zər xa­la, ax­şa­mı­nız xe­yir. Gəl­mə­miş­di? Çox sağ olun...


Baş­qa nöm­rə yı­ğır.


Sə­li­mə: Alo, ba­ğış­la­yın, Sə­li­mə­dir. Çox sağ olun. Si­zin­ki­lər ne­cə­dir? Al­la­ha şü­kür, Al­la­ha şü­kür. Ne­cə? Xe­yir. Xe­yir, ta­nış­lı­ğım yox­dur. Bə­li? Te­atr ta­ma­şa­la­rı­na gə­lən adam­la­rın ha­mı­sı­nı ta­nı­maq olar... Ne­cə? Xe­yir. Qa­baq­da otu­ran­la­rı da ta­nı­mı­ram. Ba­ğış­la­yın, Kə­rim si­zə gəl­mə­miş­di ki? Or­da te­le­fon var? Ey­bi yox­dur. Na­ra­hat ol­ma­yın, gə­lib çı­xar. Çox sağ olun, çox sağ olun. Baş üs­tə. Siz də gə­lin də, elə biz gə­li­rik. Xe­yir, xe­yir, qo­ca-zad de­yil­siz. Sağ olun, sağ olun...


Sə­li­mə aya­ğa qal­xıb otaq­dan çı­xır. Son­ra qa­yı­dır. Tut­du­ğu te­le­fon ki­ta­bı­nı və­rəq­lə­yə-və­rəq­lə­yə kres­lo­ya otu­rur. Zəng elə­yir.


Sə­li­mə: - Alo, bud­te dob­rı, Se­ra­fi­mu Ab­ra­mov­nu... ax, uz­na­li, nu, dob­rıy ve­çer, rod­nen­ka­ya, dob­rıy ve­çer. Da, da, tol­ko na ku­ror­tax, a jiv­yom v od­nom qo­ro­de. Da.Da.Da, tam je. Ni­çe­qo. A kak moy rıt­sar? Ne mo­jet bıt! Çto vı qo­vo­ri­te! Ay-ay-ay-bed­nıy mal­çik... Nu, sla­va bo­qu! Sey­ças vsyo xo­ro­şo? Nu, sla­va bo­qu. Kto? Da, da, on prek­ras­nıy xi­rurq. Da, boq. Vez­de, on je ne­dav­no ez­dil v Ber­lin, ko­qo-to ope­ri­ro­vat. A eto vsyo-ta­ki Qer­ma­ni­ya... Da. Da. Çto vı qo­vo­ri­te! Nu ko­neç­no, tak nelzya, na­do bı­lo ku­pit çto-ni­bud, den­qa­mi kak-to... Da, pre­del­no çestnıy çe­lo­vek. Vot tol­ko liç­na­ya jizn ne ustro­e­na. Da, da, ma­lo li... Se­ra­fi­ma Ab­ra­mov­na, pom­ni­te vı v Yal­te... ax, vı sra­zu pon­ya­li o çem ya, du­şen­ka vı mo­ya! Spa­si­bo, spa­si­bo. Eto prya­mo so skla­da? Ya voz­mu ma­şi­nu pa­pı. Ob­ya­za­tel­no. Do­qo­vo­ri­lis. Oy, ne qo­vo­ri­te, eto ta­ka­ya tra­qe­di­ya... Ran­şe, koq­da nam qo­vo­ri­li, mı ne ve­ri­li, a sey­ças... Nu poç­ti kaj­dıy den. Net ni­ka­koy ot­vetstven­nos­ti, ni­ka­kix ob­ya­zan­nos­tey. Da, ujas­no. Je­na­tı vse­qo nes­kol­ko let... net, eto ne dlya te­le­fo­na. Da. Da... nu, do­qo­vo­ri­lis, Se­ra­fi­ma Ab­ra­mov­na, bu­du jdat. Ve­çe­ra­mi ya do­ma. Net, net, zvo­ni­te k ot­su. Nu po­tom, po­tom... Ya to­je.


Sə­li­mə işı­ğı sön­dü­rüb o bi­ri ota­ğa ke­çir.


Met­ro stan­si­ya­sı. Qa­tar gə­lir. Kə­rim va­qon­dan dü­şür. O, per­ron­da da­ya­nıb qa­ta­rın get­mə­si­ni göz­lə­yir. Qa­tar tər­pə­nən­də Kə­rim Əh­sə­nə əl elə­yir. Əh­sən Kə­ri­mi öpür­müş ki­mi do­daq­la­rı­nı va­qo­nun pən­cə­rə­si­nə da­ya­yır. Boş relslər.


Es­ka­la­tor. Kə­rim­dən bir az hün­dür­də da­yan­mış sər­xoş adam pil­lə­lə­rin əks is­ti­qa­mə­tin­də qaç­maq is­tə­yir.



REP­RO­DUK­TOR: - Qraj­da­nin, ne xu­li­qan­te!


Sər­xoş ye­nə də pil­lə­lə­rin ək­si­nə qa­çır.


REP­RO­DUK­TOR: - Qraj­da­nin, ko­mu qo­vor­yat! Ne xu­li­qan­te.


Es­ka­la­to­ru sax­la­yır­lar.


PENSNE­Lİ Kİ­Şİ: - Mən hə­mi­şə de­mi­şəm ki, Ba­kı ca­ma­a­tı üçün met­ro tez­dir. Qu­laq asan ol­ma­dı.


QƏ­DƏŞ: - Bu­nun oç­ki­si­nə bir bax! Bəl­kə, ki­şi­nin dər­di var? Qo­yun qaç­sın da! Rüş­vət al­mır ki!


Pensne­li ki­şi “qə­də­şin” ya­nınca beş-al­tı pil­lə yu­xa­rı qal­xır. Es­ka­la­to­ru işə sa­lır­lar. Pil­lə­lə­rin axı­rın­da iki mi­lis iş­çi­si da­ya­nıb. On­lar es­ka­la­tor­la qa­çan ada­mı qol­la­rın­dan tu­tub apa­rır­lar. O, ba­şı­nı aşa­ğı sa­lıb ge­dir.


Kü­çə. Kə­rim hün­dür evin dəh­li­zi­nə gi­rir.


Lift. Kə­rim lif­ti göz­lə­yir. Lif­tin için­dən qa­dın çı­xır. Ya­nın­da yed­di-sək­kiz it. Ba­la­ca-ba­la­ca. Kə­rim lif­tə mi­nir.


Sə­li­mə çar­pa­yı­da uza­nıb. Jur­na­la ba­xır. Açı­lan qa­pı­nın sə­si gə­lən ki­mi aba­ju­run işı­ğı­nı sön­dü­rür. İşıq­sız mən­zil­də Kə­ri­min ad­dım­la­rı. Mət­bəx­də nə isə ye­rə dü­şür. Kə­rim işıq yan­dı­rır. Ad­dım­la­rı­nın sə­si. Te­le­fon zən­gi.



KƏ­RİM: - Alo, kim? Yox, yox ora düş­mə­mi­sən...


Kə­rim işıq­la­rı yan­ma­mış mən­zil­də ora-bu­ra ge­dir. Sə­li­mə­nin saç­la­rı üzü­nü ör­tüb. Ad­dım səs­lə­ri kə­si­lir. Ra­di­o­dan bir-bi­ri­nin ar­dın­ca ke­çən stan­si­ya­la­rın sə­si. Sə­li­mə. Saç­la­rı üzü­nə tö­kü­lüb.


RA­DİO: - ... s to­qo dnya nas­tu­pi­la no­va­ya ve­xa v jiz­ni i tvor­çestve ve­li­ko­qo pro­le­tarsko­qo pi­sa­tel­ya. Ve­li­kiy...


Ye­nə bir-bi­ri­nə qa­tı­şan stan­si­ya­lar. Pən­cə­rə­dən şə­hər, ev­lər. İri di­var­da iki-üç pən­cə­rə. Ra­di­o­dan Çay­kovski­nin “Qu gö­lü” ba­le­tin­dən kör­pə qu quş­la­rı­nın rəq­si eşi­di­lir. Sə­li­mə­nin saç­la­rı. Ra­di­o­nun sə­si axı­ra ki­mi uca­lır. Sə­li­mə qış­qı­rır.


SƏ­Lİ­MƏ: - Pe­res­tan! Tı ran­şe bıl ostro­um­nee!


Ra­di­o­nun sə­si aza­lır. Ye­nə bir-bi­ri­nə qa­rı­şan stan­si­ya­la­rın xa­o­su.


Li­man. Bö­yük tan­ker. Tan­ker­dən ki­çik buk­sir ka­te­ri ara­la­nır. Ka­te­rin bo­ğuq sə­si.


Ba­kı də­yir­ma­nı. Fəh­lə­lər qa­tar­dan un ki­sə­lə­ri bo­şal­dır­lar. Səs­lər.


Də­niz. Bom­boş sa­hil­də fil gə­zir. Si­be­li­u­sun “Qəm­li val­sı” ça­lı­nır.


Sta­di­on. Boş am­fi­te­atr. Qo­ca yüz­metrlik cı­ğı­rın star­tı­na çı­xır. Qa­çır. Ayaq­la­rı bir-bi­ri­nə do­la­şa-do­la­şa. Fi­niş. Qo­ca qə­lə­bə üç­pil­lə­si­nin üs­tü­nə qalxmaq is­tə­yir, an­caq otu­ra bi­lir.


Ka­bi­net. Sto­lun ar­xa­sın­da ma­yor otu­rub. Di­var­lar­da əha­li­nin atom bom­ba­sın­dan qo­run­ma­sı­na kö­mək edə bi­lə­cək pla­kat­lar. Kə­rim ayaq üs­tə da­ya­nıb.



MA­YOR: - Gə­rək ki, Nə­cəf­lə Mür­səl əmi­oğ­lu idi­lər, hə?


KƏ­RİM: - Xe­yir, da­yı­oğ­lu-bi­bi­oğ­lu.


MA­YOR: - Hə, hə düz­dür. Sə­nin ba­ba­nın Dər­bənddə bir üzüm ba­ğı var idi ki, da­ha nə de­yim, skaz­ka!


KƏ­RİM: - Nə­nə­si mə­nə da­nı­şar­dı.


MA­YOR: - Sə­nin gə­rək ki, bir qar­da­şın da ol­sun?


KƏ­RİM: - Xe­yir, mən tə­kəm. Ana­lı­ğı­mın öz qı­zı var. Atam­dan mən tə­kəm.


MA­YOR: - Yax­şı, ba­la, po­ne­del­nik­dən çıx işə. Am­ma ye­kə oğ­lan­san da, özün bi­lir­sən, bu­ra Mül­ki Mü­da­fiə ida­rə­si­dir, na vo­en­nom po­lo­je­nii. Bur­da tre­vo­qa ye­ri­nə fokstrot bu­rax­san ha­mı­mız o söz!


Ma­yor gü­lür.


KƏ­RİM: - Yox, na­ra­hat ol­ma­yın.


MA­YOR: - Yax­şı, sağ ol. Mən­dən ev­də sa­lam de.


KƏ­RİM: - Ki­mə?


MA­YOR: - Ha­mı­ya.


Te­atr. Səh­nə. “Ba­rışnya i xu­li­qan” ba­le­tin­dən bir his­sə so­na ça­tır. Ar­tistlər səh­nə­dən ge­dir­lər.


Səh­nə ar­xa­sı. Sə­li­mə ilə Sa­ra da­ya­nıb­lar. Qız­la­rın ya­nın­dan ora-bu­ra fəh­lə­lər ge­dir. On­lar de­kor da­şı­yır­lar. Rep­ro­duk­tor­dan or­kestr ilə məşq apa­ran di­ri­jo­run sə­si eşi­di­lir.



SA­RA: - Də­li ol­ma, axı...


SƏ­Lİ­MƏ: - Yox, ba­şa dü­şür­sən, əv­vəl-axır gə­rək olay­dı. Çün­ki...


SA­RA: - Bəs hə­mi­şə de­yir­din ki, be­lə yax­şı adam­dı, şə­kil çə­kə bi­lir, nə ol­du?


SƏ­Lİ­MƏ: - Mə­sə­lə...


Qız­la­ra re­jis­sor ya­xın­la­şır.


RE­JİS­SOR: - Əs­gə­ro­va, sən ye­nə də an­sambldan çı­xır­san. Axı be­lə ol­maz.


SƏ­Lİ­MƏ: - Ba­ğış­la­yın...


RE­JİS­SOR: - Diq­qət­li ol, diq­qət­li ol...


Re­jis­sor ge­dir.


SƏ­Lİ­MƏ: - “An­sambldan çı­xır­san”... an­samblın nə ol­du­ğu­nu bil­mir... hə, nə de­yir­dim? Ba­şa dü­şür­sən, mən...


Rep­ro­duk­to­run sə­si Sə­li­mə­nin sö­zü­nü kə­sir.


REP­RO­DUK­TOR: - Kor­de­ba­let, na sse­nu! İz­bi­e­nie xu­li­qa­na! Vı­xod xu­li­qa­na! Ma­estro, po­doj­di­te, po­ja­luysta. Vı­xod xu­li­qa­na! Xu­li­qan, xu­li­qan! Əsə­dov, xu­li­qan har­da­dı? Əsə­dov!


Dəf­tər­xa­na. Ma­ki­na­la­rın sə­si. Qovluqlar­la ora-bu­ra qa­çan adam­lar. Qa­pı­lar hər də­qi­qə açı­lıb-ör­tü­lür. Kə­rim ko­ri­dor­da gö­rü­nür. Onun ye­ri­şi ha­mı­dan fərqlə­nir. O, bir ne­çə ada­mı sax­la­yıb nə isə so­ruş­maq is­tə­yir. Da­ya­nan ol­mur. Nə­ha­yət, bir ada­mın qo­lun­dan ya­pı­şıb sax­la­yır, nə isə so­ru­şur. Adam əliy­lə ona ya­xın­da­kı qa­pı­nı gös­tə­rir. Kə­rim qa­pı­nı açıb ba­şı ilə ki­mi­sə ça­ğı­rır. Qa­pı­dan Əh­sən çı­xır.


ƏH­SƏN: - Tap­dım, am­ma iyir­mi­si­nə ki­mi qay­tar, si­mi­cin bi­ri­dir. İn­farkt olar.


KƏ­RİM: - Müt­ləq, müt­ləq. Ayın 18-19-da gə­ti­rə­rəm.


ƏH­SƏN: - Ax­şam Araz­gi­lə gə­lə­cək­sən?


KƏ­RİM: - Yox, Sə­li­mə bu axır gün­lər­də ya­man de­yi­nir.


ƏH­SƏN: - İşin nə ol­du?


KƏ­RİM: - Bir ən­ti­qə ye­rə dü­zəl­mi­şəm.


ƏH­SƏN: - Ha­ra?


Otaq­dan bir adam çı­xıb Əh­sə­nin qo­lun­dan ya­pı­şır, onu ota­ğa çə­kir.


ƏH­SƏN: - Mən qaç­dım, son­ra da­nı­şa­rıq.


Kə­rim kü­çə­lər­lə ge­dir.


Av­to­bus­da.


Kə­rim met­ro stan­si­ya­sın­dan çı­xıb Sa­bun­çu vağ­za­lı­nın pil­lə­lə­ri ilə qal­xır.


Elektriç­ka.


Şə­hə­rin kə­na­rı. Kə­rim bu­ruq­la­rın ara­sı ilə ge­dir. Bu­ruq­la­rın sə­si. Neftçi­lər yox­dur.


Dax­ma. Kə­rim hə­yə­tə gi­rir. Bir az­dan dar­va­za­dan çı­xır. Əlin­də qə­fəs apa­rır. Ba­la­ca quş. Bu­ruq­lar. Bu­ruq­la­rın sə­si.


Stan­si­ya. Kə­rim stan­si­ya­ya gə­lir. Per­ron­da stan­si­ya gö­zət­çi­si gə­zi­şir. Kə­rim ona ya­xın­la­şır.



KƏ­RİM: - Elektriç­ka nə vaxt ola­caq?


GÖ­ZƏT­Çİ: - Bir sa­at­dan. Am­ma in­di Moskva-Ba­kı ke­çə­cək, min ona.


KƏ­RİM: - Çox sağ olun.


Qa­tar gö­rü­nür. O, sü­rə­ti­ni azaltma­dan stan­si­ya­dan ke­çir. Kə­rim stan­si­ya gö­zət­çi­si­nin ya­nı­na qa­çır.


KƏ­RİM: - Nə ol­du, bəs da­yan­ma­dı?


GÖ­ZƏT­Çİ: - Mən de­dim ki, min. De­mə­dim ki, da­ya­nır.


KƏ­RİM: - Bəs in­di ney­lə­yim?


GÖ­ZƏT­Çİ: - Otur göz­lə elektriç­ka­nı... bu bül­bül­dü?


KƏ­RİM: - Yox, ka­na­rey­ka.


GÖ­ZƏT­Çİ: - Bi­zim nəs­lə quş düş­mür. Ba­lıq­dı, quş­du, ana­şa­dı, ev yı­xan şey­lər­dir. Bi­zim kas­sir ba­lıq sax­la­yır­dı, bas­dı­lar get­di.


Ax­şam­dır. Sve­to­fo­run qa­ba­ğın­da çox­lu ma­şın da­ya­nıb. Ya­şıl işıq ve­ri­lən ki­mi ma­şın­lar irə­li sıç­ra­yır­lar.


Hün­dür evin qa­ba­ğın­da tak­si da­ya­nır. Kə­rim tak­si­dən dü­şüb evin dəh­li­zi­nə gi­rir.


Lif­tin içi. Lift sü­rən ki­şi­dir.



KƏ­RİM: - Hə­mi­şə ayaq üs­tə, Mə­la­kə! Şü­kür Al­la­ha, de­yə­sən yax­şı qur­tar­mı­san?


MƏ­LA­KƏ: - Əş­şi, Mah­mud­bə­yo­vun əl­lə­ri qı­zıl­dı, qı­zıl. Bir qə­pik də al­ma­dı. Sa­bah ge­di­rəm te­le­vi­zor al­ma­ğa. Üs­tü­nə o ki­şi­nin şək­li­ni qo­ya­ca­ğam. İş­dən də çı­xı­ram, bəs­dir. Ax­şam­lar otu­rub bir az kon­ser­tə ba­xa­ca­ğam, bir Mah­mud­bə­yo­va!


KƏ­RİM: - Mə­la­kə ki Mə­la­kə! Bəs pal­ta­rın, qa­nad­la­rın ha­nı?


MƏ­LA­KƏ: - Əş­şi, qırx il gey­dim, bəs­di də...


KƏ­RİM: - O da düz söz­dü.


MƏ­LA­KƏ: - Sən­dən ən­ti­qə şey eşit­mi­şəm. De­yir­lər te­atrda Mus­ta­fa Ka­mal Pa­şa­nın mah­nı­sı­nı oxu­mu­san? Düz­dür?


KƏ­RİM: - Yox, val­lah yox. Çat­dıq. Sağ ol.


MƏ­LA­KƏ: - Ay sə­ni...


Kə­rim liftdən çı­xır.


MƏ­LA­KƏ: - Ma­la­des!


“Mə­la­kə” lif­ti aşa­ğı sü­rür.


Otaq. Kə­rim əlin­də quş qə­fə­si da­ya­nıb. Açıq şi­fo­ner. İçi bom­boş. Di­var bo­yu asıl­mış qə­fəs­lə­rin açıq qa­pı­cıq­la­rı. Kə­rim qə­fə­si jur­nal sto­lu­nun üs­tü­nə qo­yub kres­lo­ya otu­rur. Mət­bəx­də­ki şə­hər ra­dio şə­bə­kə­si­nin sə­si.



RA­DİO: ....


"Azərbaycan" jurnalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG