Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:42

Qvineyada kəminin batması nəticəsində 30-dan çox adam ölüb


Qərbi Afrika dövləti olan Qvineyada kiçik kəminin batması nəticəsində 30-dan çox adam ölüb.

Hələlik cəmi 8 nəfərin cəsədi tapılıb.

27 nəfər xilas edilib.

Xilas edilənlərdən heç birində xilasedici bədəncə və ya kəmər yox imiş.

Gəmi paytaxt Konakridən bir neçə kilometrlikdə yerləşən Kassa adasına gedirmiş.

Polis deyir ki, 20 nəfərlik gəmiyə 58 adam minibmiş.
XS
SM
MD
LG