Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:38

Avropa Birliyinin Enerji üzrə komissarı Azərbaycana gəlir


-
Sentyabrın 1-2-də Avropa Birliyinin Enerji üzrə komissarı Günther Oettinger Azərbaycanda səfərdə olacaq.

Komissarın Bakıda prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, Sənaye və Energetika naziri Natiq Əliyev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Azərbaycana səfərinin ardınca G.Oettinger Türkmənistana yola düşəcək:

«Avropa Birliyi komissarı Oettinger'in Azərbaycana səfəri Avropa Komissiyası prezidenti Jose Barroso və Azərbaycan prezidenti İlham Əliyev arasında 2011-ci ildə imzalanmış bəyannamədə qeyd olunan «Cənub qaz dəhlizi»nin tətbiqi istiqamətində növbəti addımdır. O vaxtdan bəri «Cənub qaz dəhlizi»nin reallaşdırılmasında ciddi irəliləyişə şahid olmuşuq», - deyə Birliyin Azərbaycandakı səfiri Roland Kobia bildirib.
XS
SM
MD
LG