Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Azərbaycanın baş multiplikatoru işsiz qaldı


Elçin Hami Axundov
Elçin Hami Axundov
-
««Azanfilm»i cavanlaşdırmaq lazımdır».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına işdən çıxarılma xəbəri yayılmış tanınmış cizgi filmləri ustası Elçin Hami Axundov söylədi.

ARTIQ PENSİYADAYAM

Elçin Hami artıq pensiyaya çıxdığını bildirdi:

«Mən artıq pensiyaya çıxmışam. 65 yaşım var. Bir də, «Azanfilm»i cavanlaşdırmaq lazımdır. Mütləq cavanlaşdırmaq lazımdır. O, (Fariz Əhmədov—S.İ.) cavan oğlandır. Bizim İncəsənət Universitetini bitirib. Moskvada Kinematoqrafiya İnstitutunun magistraturasında oxuyub».

ÇOXSERİYALI ANİMASİYA FİLMİ ÇƏKMƏK İSTƏYİRƏM

Elçin Hami Mədəniyyət və Turizm Nazirliyinə yeni proyekt təqdim etdiyini bildirdi:

«Təsdiq etsələr, çoxseriyalı animasiya filmi çəkmək istəyirəm. Cavan rəssamları da dəvət edəcəyəm. Onlarla artıq işbirliyim var. Ancaq istərdim ki, təzə proyektdə daha fəal olsunlar».

TƏŞƏBBÜS KİMDƏN GƏLDİ?

Müxbirin: «Təşəbbüs (vəzifədən getmək) kimdən gəldi, sizdən, yoxsa nazirlikdən» sualı belə cavablandı:

«Xeyli vaxtdır direktor axtarırdıq. Mən də axtarırdım, nazirlik də… İstəyirdik ki, təmiz adam olsun, cavan adam olsun. Xeyli namizədlər var idi. Amma onlar bizə əl vermirdilər. Nəhayət, Fariz Əhmədovun üstündə dayandıq».

FARİZ ƏHMƏDOV CİZGİ FİLMLƏRİ ÜZRƏ MÜTƏXƏSSİSDİR?

Elçin Hami bu sualı da cavabladı:

«Yox, mütəxəssis deyil. Burada mütləq deyil mütəxəssis olsun. Məsələ burasındadır ki, müdirlik sırf administrativ işdir. Açığı, bu 12 ildə məni administrativ iş yaman sıxırdı. Əslində, daha çox bədii rəhbər idim. Mən çox güman ki, bədii rəhbərliyimdə qalıram… Yoxsa, əvvəllər film çəkmək çətin olurdu. Bu 12 ildə cəmi-cümlətanı iki film çəkmişəm. Artıq rejissor kimi fəaliyyətdə olacam. Məsələ bundadır».

GÖRƏK NECƏ OLACAQ?

Elçin Hami yeni filmin mövzusu barədə danışmaq istəmədi:

«Düşər-düşməzi olar… İnşallah, təsdiq olunsun, sonra danışarıq. Bu, bir neçə il aparacaq. Fikrimcə, 10-15 seriyalıq film olacaq. Onun üzərində gərək bir neçə nəfər ssenarist, bir o qədər də rejissor işləsin. Görək, necə olacaq?».

YENİ MÜDİRİ ŞƏXSƏN TANIYIRSINIZMI?

Elçin Hami bu suala «yox» cavabını verdi:

«Yox, şəxsən tanımıram. Yəqin ki, sabahda – birisigündə tanış olacam. Xəbəri bu gün almışam. Fariz Moskvadadır. İki aydır onun gəlişini gözləyirik».


Qeyd edək ki, bundan əvvəl bir sıra teatrların da yaşlı rəhbərləri istefaya göndərilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG