Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:43

Hansı prezidentin boyu daha ucadır?


-
SİYASƏTÇİLƏRİN BOYLARI İLƏ REJİMLƏRİ ARASINDA OXŞARLIQ VARMI?

İnsanın boyu ilə onun xarakteri arasında əlaqə olması barədə nəzəriyyələr, deyəsən, siyasətçilər üçün o qədər də keçərli deyil. Təxminən eyni boya sahib olan siyasətçilər arasında despotlar da var, demokratlar da.

Məsələn, Winston Churchill'lə (168 sm) Vladimir Putin'in (170 sm) boyu təxminən eyni idi. Boris Yeltsin'lə (188 sm) Fidel Castro'nun (190 sm) da boyu təxminən bərabər idi. Amma onların boyları arasında belə yaxınlıq qurduqları siyasi sistemlərə qətiyyən aid oluna bilməz.

Prezidentlərin boyları haqqında məlumatın əldə olunması nə qədər açıq olmasının özü də onların rəhbərlik etdikləri rejimlərin xarakterindən xəbər verir.

KEÇMİŞ SOVET ÖLKƏLƏRİ LİDERLƏRİNİN BOY SIRASI

AzadlıqRadiosunun Belarus xidmətinin əməkdaşları müxtəlif keçmiş sovet respublikaları ölkələrinin liderlərinin boyları haqqında məlumatları toplayıb.

Keçmiş sovet respublikaları liderlərinin boy sırası

Həmkarlarımız yazırlar ki, Moldova prezidenti Nicolae Timofti'nin mətbuat xidmətinə zəng edib onun boyunu soruşanda, dərhal cavab veriblər – 176 sm. Amma Ermənistan, Tacikistan, Özbəkistan prezidentlərinin boyları haqqında məlumatı onların mətbuat xidmətlərindən öyrənmək müşkülə çevrilib.

Ona görə də, jurnalistlər baş-başa yığışaraq özlərinin subyektiv rəyləri əsasında liderlərin boylarını qiymətləndiriblər. Məsələn, Serzh Sargsyan elə təxminən Dmitry Medvedev'lə eyni olar. Islam Karimov'un boyu Nursultan Nazarbayev'inki ilə eyni olar kimi mülahizələrlə keçmiş sovet məkanı liderlərinin boylarını müəyyən etməyə çalışıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG