Keçid linkləri

2026, 15 Avqust, şənbə, Bakı vaxtı 04:24

Dəniz quldurları Rusiya vətəndaşlarının olduğu tankeri ələ keçirib

Dəniz quldurları gəmi heyətində Rusiya vətəndaşlarının da olduğu Yunan tankerini tutub.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, 50 min ton dizel və benzin daşıyan tankerdə onların 23 vətəndaşı olub.

Tanker Toqo sahillərinə yaxın yerdə zəbt olunub.

Nazirlik 23 vətəndaşının təhlükədə olmadığını və Qərbi Afrika ölkələrdəki səfirliklərin onların azadlığı üçün çalışdığını bildirib.

Gəmi heyətinin bir nəfərinin isə yunan olduğu deyilir.
This item is part of
XS
SM
MD
LG