Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 17:50

Gürcüstanda 10 girov azad edilb


Gürcüstan prezidenti Mikheil Saakashvili qonşu ölkələrdən ölkə sabitliyinin pozulmasına edilən hər bir cəhdin qarşısının alınacağını deyib.

Avqustun 29-da televiziya ilə çıxışında Saakashvili bildirib ki adamları girov götürən yaraqlıların çoxu, Lopota vadisində öldürülüb.

Daxili İşlər Nazirliyi deyib ki, Gürcüstan xüsusi təyinatlıları girovların azad edilməsi əməliyyatı zamanı 11 yaraqlını öldürüb. 3 əsgər öldürülüb, 5-i isə yaralanıb.

Rəsmilər 10 girovun azad edildiyini bildirir. Digər yaraqlıların da ələ keçməsi üçün haskimiyyət qüvvələrinin səyi davam edir.

Yaraqlıların Rusiyanın Dağıstan respublikası ərazisindən girdiyi deyilir. Girov götürmənin səbəbləri hələ aydın deyil.
XS
SM
MD
LG