Keçid linkləri

2026, 11 Aprel, şənbə, Bakı vaxtı 06:38

Yay Paralimpiya Oyunları açılıb

Yay Paralimpiya Oyunlarının açılışı
Yay Paralimpiya Oyunlarının açılışı
Britaniya kraliçası Elizabetin Londonda 2012-ci il Yay Paralimpiya Oyunlarının rəsmi açılışını elan edib. Mərasimə 3 mindən artıq iştirakçı qatılıb, onların əksəriyyəti əlillər olub.

Paralimpiya Oyunları fiziki qüsurları olan, məsələn amputasiya olunmuş, və ya görmə qabiliyyətini itirmiş idmançıların yarışmasıdır.

London Paralimpiyasina 166 ölkədən 4200-dən çox idmançı qatılır.

Paralimpiada sentyabrın 9-a qədər davam edəcək.

İlk Paralimpiya Oyunları 1960-cı ildə Romada keçirilib, lakin Britaniya bu yarışmanın «mənəvi evi» hesab edilir, çünki əlil idmançıların ilk yarışı 1948-ci ildə İngiltərədə təşkil olunub.
This item is part of
XS
SM
MD
LG