Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:18

Avropa Birliyi məhkəmənin Timoşenko barədə qərarından təəssüflənib


Avropa Birliyi Ukraynanın xüsusi ali məhkəməsinin keçmiş baş nazir Yuliya Timoşenkonun şikayətini təmin etməməsindən dərin təəssüf bildirib.

Avropa Birliyi hesab edir ki, Timoşenkonun işi ilə bağlı proses beynəlxalq standartlara uyğun deyil.

Kiyevin Peçersk məhkəməsi 2011-ci ilin oktyabrında Timoşenkonu səlahiyyətlərini aşma ittihamı ilə 7 il azadlıqdan məhrum edib.

Bundan bir qədər sonra qərarı Apellyasiya məhkəməsi də təsdiqləyib.

Bu günkü məhkəmə prosesində Timoşenkonun yüzlərlə tərəfdarı iştirak edib.

Avropa insan haqları məhkəməsi isə Timoşenkonun şikayəti ilə bağlı dinləmələrə başlayıb.

Söhbət işə baxılarkən onun həbsdə saxlanması və saxlanma şəraitinin pis olmasından gedir.
XS
SM
MD
LG