Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 14:50

Gürcüstanda girovların hamısı azad edilib


Dağıstanla sərhəd rayonlara Gürcüstan polisi yeridilir. 29 avqust 2012
Dağıstanla sərhəd rayonlara Gürcüstan polisi yeridilir. 29 avqust 2012
-


Gürcüstanda naməlum silahlı qrupun götürdüyü girovların hamısı azad edilib.

Bunu jurnalistlərə Gürcüstan daxili işlər nazirinin müavini Shota Khizanishvili deyib.

Onun sözlərinə görə əməliyyat zamanı xüsusi təinatlı qüvvələrin 3 əməkdaşı və 11 yaraqlı ölüb.

Bundan başqa, xüsusi xidmətin 5 əməkdaşı yaralanıb.

Hüquq mühavizə orqanlarının məlumatına görə, Rusiya ərazisindən soxulmuş silahlı qrup avqustun 29-da Telavi rayonundakı kəndlərdən birinə girərək onlarla sakini girov götürüblər.

Gürcüstanın xüsusi təyinatlı qüvvələri vertolyotların köməyi ilə onları Dağıstan sərhəddinin yaxınlığında yerləşən Lopota vadisində mühasirəyə alıblar.

AzadlıqRadiosunun müxbiri yaraqlıların çoxunun oldürüldüyünü, mühasirədə olan kiçik bir qrupun isə müqavimət göstərdiyini xəbər verir.
XS
SM
MD
LG