Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Gürcüstanda girovların hamısı azad edilib


Gürcüstanda naməlum silahlı qrupun götürdüyü girovların hamısı azad edilib.

Bunu jurnalistlərə Gürcüstan daxili işlər nazirinin müavini Shota Khizanishvili deyib.

Onun sözlərinə görə əməliyyat zamanı xüsusi təinatlı qüvvələrin 3 əməkdaşı və 11 yaraqlı ölüb.

Bundan başqa xüsusi xidmətin 5 əməkdaşı yaralanıb.

Hüquq mühavizə orqanlarının məlumatına görə, Rusiya ərazisindən soxulmuş silahlı qrup
Telavi rayonundakı kəndlərdən birinə girərək onlarla sakini girov götürüblər.

Gürcüstanın xüsusi təyinatlı qüvvələri vertolyotların köməkliyi ilə onları Dağıstan sərhəddinin yaxınlığında yerləşən Lopota vadisində mühasirəyə alıblar.

AzadlıqRadiosunun müxbiri yaraqlıların çoxunun oldürüldüyünü, mühasirədə olan kiçik bir qrupun isə müqavimət göstərdiyini xəbər verir.
XS
SM
MD
LG