Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:08

Universitetə giriş balı tələbənin savadının göstəricisidirmi?


Foto: Arxiv
Foto: Arxiv
-
«Bir il çətin keçməmişdi, hər gün oturub dərs oxumurdum, amma axıra yaxın hiss edirsən ki, daha ciddi hazırlaşmalısan».

II qrup üzrə qəbul imtahanında 221 bal yığaraq Kooperasiya Universitetinə qəbul olan Sevda Müzəffərova deyir ki, İqtisad Universitetinə qəbul olmaq istəyib, amma indi peşman deyil:

«İmtahandan çıxandan sonra artıq hər şeyin keçib getdiyini hiss edirsən, qəbul olsan da, olmasan da. Peşman deyiləm, ikisi də eyni təhsildir, sadəcə, biri dövlət, biri özəl universitet».

«Flashmob» verilişinin budəfəki qonaqları tələbə adını yeni qazanmış Sevda Müzəffərova, Əfqan QasımlıVasif Hacıxəlilovdur.

«HİSS ETDİM Kİ, KƏSİLSƏM, QIRĞIN OLACAQ»

Əfqan deyir ki, 11-ci sinif və hazırlıqlar yaxşı keçib:

«Dərs oxumurdum, axıra yaxın məsuliyyət hiss etdim. Yaxın adamlar kəsiləndən sonra hiss etdim ki, kəsilsəm, qırğın olacaq. İmtahana girdim və 274 bal topladım. Bakı Biznes Universitetinə qəbul olmuşam, amma arzum Türkiyədə təhsil almaqdır».

657 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olan Vasif Hacıxəlilov üçün isə imtahana qədərki bir il çox tez keçib:

«Bu bir il elə tez gəlib keçdi ki. Çox əziyyət tələb edir, amma biləndə ki, bu əziyyətin müqabilində sənə universitetin tələbə bileti veriləcək, əziyyət keçir arxa plana. Əvvəl həyəcan vardı, getdikcə aradan qalxdı. Suallar da digər qruplara nisbətən III qrupda asan düşdü, yaxşı bal topladım».

«BİLİYƏ ZAVAL YOXDUR»

Keçid balları aşağı salındıqdan sonra bəziləri buna etiraz edir, bunu abituriyentlərin savadsızlığı ilə bağlayırlar. Sevda Müzəffərova isə deyir ki, bu, səhv yanaşmadır:

«Çünki balların aşağı salınması universitetə qəbul üçün şans idi. Amma düşünürəm ki, indi aşağı bal yığanlar da gələcəkdə yüksək vəzifələrə yiyələnə bilər. 150 balla girmək hələ heç nə deyil, çünki qarşıda 4 il var».

Sevda Müzəffərova ilə Əfqan Qasımlı da razılaşır:

«Elə uşaq var ki, çox savadlıdır, amma həyəcandan 150-200 toplayır. Ancaq bəxtindən universitetə düşənlər də var, onlar da ixtisaslı kadr kimi universitetdə yetişəcəklər. Qəbul imtahanına girəndə, adam həyəcanlı olur, evdə və hazırlıqda test edə bilirsən, amma qəbulda edə bilmirsən həyəcandan. Məncə, universitetə giriş balları biliyi ölçmür. Çünki səhv işarələyə bilərsən, həyəcan da bir tərəfdən».

Vasif Hacıxəlilov isə hesab edir ki universitetə giriş balı savadı ölçür:

«Məncə, 90 faiz biliyi ölçür, həyəcan hamıda olur. İmtahana girənə kimi həyəcan olur, sual kitabçasına açıb görürsənsə ki, bildiyin suallardır, həyəcan keçib gedir və yazırsan. Biliyə zaval yoxdur».

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG