Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:22

"New Orleans"ın cənub rayonlarından birini su basıb


ABŞ-ın Luiziana ştatına çatmış Ayzek (İsaac) qasırğası nəticəsində, New Orleansın cənub rayonlarından birində yaşayış məhəllələrini su basıb.

Buna səbəb suyun müdafiə səddini aşması olub.

Məlumata görə rayon sakinləri əvvəlcədən köçürülüb.

İtki və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Qasırğa hazırda yavaş yavaş New Orleansa doğru hərəkət edir.

New Orleansda əlavə milli qvardiya və polis qüvvələri yerləşdirilib.

Həmçinin Missisupi ştatını təhlükə gözləyir.

7 il bundan əvvəl New Orleansda baş vermiş güclü qasırğa nəticəsində 1800-ə yaxın adam
öldü.
XS
SM
MD
LG