Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 22:58

Timoşenkonun şikayəti təmin olunmadı


Ukraynanın xüsusi ali məhkəməsi hazırda həbsdə olan keçmiş baş nazir Yuliyo Timoşenkonun kasasiya şikayətini rədd edib.

Kiyevin Peçersk məhkəməsi 2011-ci ilin oktyabrında Timoşenkonu səlahiyyətlərini aşma ittihamı ilə 7 il azadlıqdan məhrum edib.

Bundan bir qədər sonra qərarı Apellyasiya məhkəməsi də təsdiqləyib.

Bu gün keçirilən məhkəmə iclasında Timoşenkonun yüzlərlə tərəfdarı iştirak edib.

Avropa insan haqları məhkəməsi isə hazırda Timoşenkonun şikayəti ilə bağlı dinləmələr keçirir.

Söhbət işə baxılarkən onun həbsdə saxlanması və saxlanma şəraitinin pis olmasından gedir.
XS
SM
MD
LG