Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:55

Gənc ailələrə güzəştlər ola bilər


«Gənc ailənin sosial müdafiəsi haqqında» qanun layihəsinin ilkin variantı hazırdır.

Bu barədə məlumatı Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Gənc ailənin dövlət dəstəyinə ehtiyacı olduğunu vurğulayan Quliyev bildirib ki, layihədə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ev əldə etməsi üçün güzəştli ipoteka kreditlərinin verilməsi, güzəştli şərtlərlə torpaq sahələrinin ayrılması, iş yerləri ilə birinci növbədə təmin olunmaları, güzəştli şərtlərlə ev əşyaları alınması məsələləri əksini tapıb.

Komitənin sədr müavini bildirib ki, bu güzəştlərin yaşı 35-dək olan gənclərin ailələrinə şamil olunması nəzərdə tutulur. Quliyev bildirib ki, qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.
XS
SM
MD
LG