Keçid linkləri

2026, 01 Oktyabr, cümə axşamı, Bakı vaxtı 07:38

Mitt Romney Respublikaçıların prezident seçkilərində namizədidir

Mitt Romney
Mitt Romney
Mitt Romney ABŞ-da Respublikaçıların prezident seçkilərində rəsmi namizədi elan olunub.

Ötən gün Florida ştatının Tampa şəhərində partiyanın qurultayı keçirilib. İştirakçıların əksəriyyəyti Mitt Romney’nin namizədliyini dəstəkləyib.

Massaçusets ştatının keçmiş qubernatoru noyabrın 6-da keçiriləcək prezident seçkilərində prezident Barack Obama ilə mübarizə aparacaq.

Bu arada Obamanın təmsil etdiyi Demokratların qurultayı isə gələn həftə Şimali Karolinada keçiriləcək.
​
XS
SM
MD
LG