Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:19

İrana casusluqda ittiham olunanların məhkəməsi başlanıb


Avqustun 28-də Bakıda İrana casusluqda ittiham olunanların məhkəməsi başlanıb. Məhkəmə qapalı keçirilir.

Ümumilikdə 22 nəfər İran İnqilab Keşikçiləri Korpusu ilə əməkdaşlıqda, casusluqda, Bakıdakı ABŞ və İsrail səfirliklərinə və bir sıra strateji obyektlərə terror hücumu hazırlamaqda ittiham olunurlar.

Bakı və Tehranın əlaqələri fevral ayında, Azərbaycanın İsraildən 1.6 milyard dollarlıq silah alması haqda faktların ortaya çıxmasından sonra korlanmışdı.
XS
SM
MD
LG