Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:50

Quranı yandıran Amerika əsgərlərinə əfqanların istədiyi cəzalar verilmədi


ABŞ ordusunun 6 əsgəri və 3 dəniz piyadası bu il Əfqanıstanda iki olayda iştirak etdiklərinə görə inzibati qaydada cəzalandırılıblar. Dəniz piyadaları yanvar ayında öldürülən talibançıların cəsədlərini murdarlamaqda, əsgərlər isə 100-ə yaxın Quranı yandırmaqda günahkar biliniblər.

ABŞ Sİlahlı qüvvələri konkret cəzaları açıqlamasa da, inzibati cəza alanların adətən rütbələri və maaşları azaldılır, və ya ordudan uzaqlaşdırılırlar.

Ancaq ilin əvvəlindən bu yana bu olaylara qarşı başlanan etirazlar zamanı Əfqanıstanda sözügedən əsgərlərin cinayət məsuliyyətinə cəlb olunması tələb olunurdu. Həmin etirazlar zamanı 30-a yaxın əfqan, 2 Amerika zabiti həlak olmuşdu.
XS
SM
MD
LG