Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Israil: Məhkəmə amerikalı qızın ölümündə yerli hərbçiləri günahkar saymadı


İsrail məhkəməsi qərar verib ki, ölkənin ordu qüvvələri 2003-cü ildə Fələstin lehinə keçirilən nümayişdə ölən Amerikalı fəalın həlak olmasında günahkar deyil.

Rachel Corrienin ailəsi iddia edir ki, 23 yaşlı qızlarının ölümü bilərəkdən törədilib.

Məhkəmə isə onun ölümünü "kədərli hadisə" adlandırıb və bildirib ki, ordu onun ölümündə
günahkar deyil, çünki hadisə "hərbi hərəkətlərin aparıldığı" ərazidə baş verib.

Corrie ordunun Qəzza zolağındakı fələstinlilərin evlərini məhv etməsini dayandırmağa cəhd göstərən zaman öldürülüb.
XS
SM
MD
LG