Keçid linkləri

2026, 08 İyun, bazar ertəsi, Bakı vaxtı 00:47

Suriyadan qaçan arxiyepskop və keşişlər Livana pənah aparıb

Xristian arxiyepskopu və bir neçə keşiş Suriyadan qaçıb. Buna səbəb hökumət qüvvələri və üsyançılar arasında Hələbdə gedən döyüşlər zamanı onların ofisinin dağıdılması olub.

Vatican mediası məlumat yayıb ki, Hələbin Melchite Yunan katolik arxiyepskopu Jean-Clement Jeanbart və bir neçə keşiş avqustun 23-dəki hücumdan sonra Livana qaçıb.

Bildirilir ki, "müharibəyə dini dn geyindirmək və Suriya əhalisini sekta münaqişəsinə sürükləmək istəyən naməlum adamlar" Hələbdəki xristian ərazisinə hücum edib.

Bizans Xristian muzeyi və Maronit Xristian etiqadının ofisi dağıdılıb.
This item is part of
XS
SM
MD
LG