Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 10:10

Rusiya və Bolqarıstan qaz kəmərinin texniki tərəflərini razılaşdırıb

Bolqarıstan və Rusiyanın Qazprom şirkəti Cənub Axını qaz boru kəmərinin Bolqarıstan hissəsinin texniki tərəflərini razılaşdırıb.

Qazprom-un baş icraçı direktoru Alexander Medvedev avqustun 27-də Sofiyada texniki spesifikasiyası ilə bağlı protokolu imzalayıb.

2010-cu ildə dövlət müəssisəsi Bolqarıstan Enerji Holdinqi və Qazprom şirkəti 3 600 km-lik Cənub Axını boru kəmərinin Bolqarıstandan keçən hissəsinin tikiləməsi və idarə olunması üçün birgə müəssisə qurublar.

Bu kəmər Qara Dənizdən keçməklə Rusiya qazını Avropaya daşıyacaq. Kəmərin bütün gücü ilə 2018-ci ildə işləməsi gözlənir.

Bolqarıstanın Enerji və İqtisadiyyat naziri Deyan Dobrev bildirib ki, Sofiya Rusiya qazından 11 faiz güzəşt əldə edəcək.
This item is part of
XS
SM
MD
LG