Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 15:37

Deputat: «Azərbaycanda demokratiyanın qorunması sahəsində mühüm addımlar atılıb»


Əli Hüseynli
Əli Hüseynli
«Azərbaycanda demokratiyanın və insan haqlarının ən yüksək səviyyədə qorunması sahəsində mühüm addımlar atılıb».

Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Yeni Azərbaycan Partiyasının saytına deyib.

Əli Hüseynli bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasında qısa bir vaxt keçsə də, hüquqi dövlət quruculuğu istiqamətində çox böyük yol keçilib.

«Ölkəmizdə demokratiyanın və insan haqlarının ən yüksək səviyyədə qorunması üçün Milli Məclisdə mütərəqqi qanunlar qəbul edilib, beynəlxalq konvensiyalar təsdiqlənib. Azərbaycanda qəbul olunmuş bir neçə qanun beynəlxalq səviyyədə model qanun kimi istifadə edilir», deyə komitə sədri vurğulayıb.
XS
SM
MD
LG