Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

Naxçıvan Heydər Əliyevin görmək istədiyi diyara çevrilib…


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 19 iyun 2012. sayı: 113 (20.518)


373 HEKTAR SAHƏNİN TAXILI BİÇİLİB

Ötən payızdan sahələrə çıxan, cari ilin bol məhsulunun əsasını qoymaq üçün əzmkarlıq göstərən muxtar respublikanın torpaq mülkiyyətçilərinin ilin bu fəslində qayğıları bir qədər də artıb. Artıq taxıl tədarükünə start verilib. İlk günün nəticələri taxılçıların çəkdikləri zəhmətin hədər getmədiyini göstərir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, bu günədək 373 hektar sahədə taxıl tədarük olunub, bunun 73 hektarını buğda, 280 hektarını arpa zəmiləri təşkil edir. Sahələrdən 856 ton məhsul yığılıb. Bunun da 167 tonu buğda, 689 tonu arpadır. Əvvəlcədən götürülən hazırlıq tədbirləri bəhrələrini vermiş, sahələrə kifayət qədər texnika cəlb olunmuşdur. Bu da yetişmiş məhsulun itkisiz tədarükünə və daşınmasına imkan vermişdir. Babək, Culfa, Ordubad və Kəngərli rayonlarında taxıl tədarükü sürətlə davam etdirilir.

NAXÇIVANDA DAHA BİR NƏHƏNG LAYİHƏ REALLAŞDI

...Mayın 30-da Naxçıvan – Culfa magistral avtomobil yolunun açılışında İlham Əliyev öz fikirlərini Naxçıvan ictimaiyyəti ilə bölüşdü: «İnşaat materialları, demək olar ki, artıq daxili imkanlar hesabına formalaşır. Bu gün Sement Zavodunun açılışını qeyd etmişik. Bu, məni çox sevindirir. Çünki bu, ölkəmiz üçün lazımdır. İndi Bakıda, ondan sonra qərb bölgəsində sement zavodları tikilir. Naxçıvan Sement Zavodu sementə olan ehtiyacı tam şəkildə ödəməyə imkan verəcək və idxaldan asılılıq aradan qaldırılacaqdır».
Görülən işlərin miqyası və çoxşaxəliliyi bir daha onu göstərir ki, Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi bir diyara çevrilib və blokadada olmasına, bütün çətinliklərə rəğmən inkişaf edir, çiçəklənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: «Hələ hakimiyyətin ilk illərindən bölgələrin inkişafı olmadan Azərbaycanın inkişafının mümkün olmadığını bildirən dövlətimizin rəhbəri tövsiyə etmişdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etməli, hər bir rayon mərkəzi müasir standartlara cavab verməli, genişmiqyaslı abadlıq işləri aparılmalı, yollar körpülər salınmalıdır...».

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Basketbol üzrə yoldaşlıq görüşü
- İnsan hüquqları günü qeyd olunmuşdur
- Qəlbini məşəl edən sənətkar
XS
SM
MD
LG