Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

"Assange fərarinin birisidir". Nobel mükafatlı yazıçıdan ittihamlar


Mario Vargas Llosa
Mario Vargas Llosa
-

Ekvador prezidenti Rafael Correa və WikiLeaks saytının yaradıcısı Julian Assange “bir-birinin tayıdır”, hər ikisi insan azadlıqlarını kobud şəkildə pozub.

Bunu Peru mətbuatındakı son məqaləsində Nobel mükafatlı yazıçı Mario Vargas Llosa bildirir.

Onun fikrincə, avstraliyalı Assange-la bağlı elə yalanlar dövriyyəyə buraxılıb ki, dünyada milyonlarla insan onun Amerikanın təqiblərindən qaçan siyasi mühacir olduğuna və çətin vəziyyətdə olduğu bir vaxtda Ekvador prezidenti Rafael Correa tərəfindən xilas edildiyinə inanıb.

Correa Assange-a sığınacaq verib və o, hazırda Londondakı Ekvador səfirliyində gizlənir.

Britaniya hökuməti onun gec-tez tutulub İsveçə veriləcəyini bildirir. İsveçdə onu zorlamada ittiham edirlər.

Lyosa yazır ki, Ekvador hökuməti Kuba və Venesueladan sonra Latın Amerikasında azad mətbuata ən çox divan tutanlardandır:

“Ekvadorda Correa rejiminin korrupsiyasından yazan televiziyalar, qəzetlər bağlanır, jurnalistlər məhkəməyə çəkilir”.

Yazıçı bildirir ki, Assange-ın guya İsveçə ekstradisiyadan sonra Amerikaya veriləcəyi barədə gümanların heç bir əsası yoxdur və Assange haqda layiq olmadığı “azadlıq uğrunda şəhid” obrazını möhkəmləndirməyə xidmət edir.

Lyosa hesab edir ki, Assange qurban deyil, ona qarşı ittihamlar isə söz azadlığının boğulması sayılmamalıdır. Əksinə o, zorlama ittihamlarına cavab verməmək üçün söz azadlığını bəhanə gətirib məsuliyyətdən yayınmağa çalışan fərarinin birisidir.

Assange Amerika diplomatlarının yazışmalarını əks etdirən minlərlə məxfi sənədi yaymaqla ad çıxarıb.

Yazıçı isə bildirir ki, azadlıq qanunlara söykənməlidir, əgər söykənmirsə tezliklə yox olub gedir.

“Azadlıq anarxiya deyil və ola da bilməz. İnformasiya azadlığı o demək deyil ki, özəl və məxfi olan nə varsa açıqlamalı, dövlət orqanlarının gördüyü bütün işlər dərhal və tam
Assange Londondakı Ekvador səfirliyinin balkonundan tərəfdarları qarşısında çıxış edir, 19 avqust, 2012
Assange Londondakı Ekvador səfirliyinin balkonundan tərəfdarları qarşısında çıxış edir, 19 avqust, 2012
şəkildə ictimaiyyətə açıqlanmalıdır”.

Lyosa hesab edir ki, Assange sadəcə opportunist bir adamdır, yaxşı iybilmə qabiliyyətinə malikdir və öz kompüter bilgilərindən yararlanaraq, uyğun vaxt seçərək onu dünyada məşhur edən qalmaqallı bir əməliyyat həyata keçirib.

“Könüllü olmasa belə, əgər sən söz azadlığının düşmənlərinə kömək etmisənsə, heç zaman buna görə yaxşı xatırlanmayacaqsan” – deyə Lyosa bildirir.


WikiLeaks Ekvadorla bağlı məxfi sənədləri çap edəndən sonra prezident Rafael Correa Amerika səfirini ölkədən qovmuşdu.

Həmin sənədə görə, səfir Ekvadorun daxili işlər nazirinin rüşvətxor olduğunu, Correa-nın bundan xəbəri olsa da, tədbir görmədiyini deyib...
XS
SM
MD
LG