Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:30

Fransa səfirliyi bir neçə gün viza verməyəcək


Fransanın Azərbaycandakı səfirliyinin viza şöbəsi 17-21 sentyabr tarixlərində bağlı olacaq. Bu barədə səfirliyinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, səfirlik viza üçün müraciət edən şəxslərin qəbulunu yaxşılaşdırmaq məqsədilə təmir işlərinə başlayır. Buna görə də sentyabrın 17-dən 21-nə kimi viza üçün müraciətlərin qəbulu dayandırılacaq. Bu müddət ərzində fəaliyyətin dayandırılması həm adi pasportlara, həm də diplomatik və xidməti pasportlara şamil edilir.

Fransa səfirliyi Fransa, İspaniya, Portuqaliya, Belçika, Lüksemburq, Niderlanda viza verir.
XS
SM
MD
LG