Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:32

Qərb bölgəsində brusellyoz xəstəliyi ocaqları aşkarlanıb... (yerli mətbuatın yazdıqları)


Gəncəbasar qəzeti
Gəncəbasar qəzeti
- AzadlıqRadiosunun saytında hər gün oxucuları paytaxtda dərc olunan qəzetlərin qısa icmalı ilə tanış edirik. Ancaq Azərbaycanın əyalətlərində də qəzetlər çıxır və onların çoxundan başqa yerlərdə yaşayanların xəbəri olmur.

Bundan sonra vaxtaşırı onlara da yer verməklə əyalətlərdə baş verənlərə daha çox yer ayırmağa çalışacağıq. Seçilən yazılarda xırda ixtisarlar istisna olunmaqla heç bir dəyişikliyə yol verilmir.


«GƏNCƏBASAR» QƏZETİ:

Qərb bölgəsində brusellyoz əleyhinə «Brusellyozun tədqiqi» adlı layihə çərçivəsində bir sıra xəstəlik ocaqları aşkar edilib. Layihənin keçirilməsi üçün qərb bölgəsinin seçilməsi təsadüfi deyil. Belə ki, ölkədə brusellyoz xəstəliyi məhz bu bölgədə yayılıb. 2014-cü ilədək davam edəcək layihə çərçivəsində regionda brusellyozun törəməsi səbəbləri öyrənilir və xəstəliyin yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir. Həmçinin yerlərdə xəstəliyin yerli ocaqları aşkar edilir. Layihə rəhbəri Zahir Ələsgərov deyir ki, layihənin icrasına 2011-ci ildən start verilib və tədqiqat işləri davam etdirilir. Qərb regionunda ilkin olaraq Şəmkir, Daşkəsən, Tovuz rayonlarının heyvandarlıq təsərrüfatlarında iri və xırda buynuzlu heyvanlardan qan və süd nümunələri götürülüb. Artıq araşdırmalar aparılıb və bizi narahat edən epizodik ocaqlar, xəstə heyvanlar aşkar edilib və fermerlərə məlumat verilib.

Həmçinin Qəbələ, Zaqatala, Şəki rayonlarında da heyvanlardan götürülən nümunələr analiz olunur. Əgər xəstəliyə yoluxan heyvan aşkar edilərsə, sağlam heyvanlardan ayrılaraq xüsusi izolyatorda müalicə olunacaq.

«Daşkəsən rayonunda Yuxarı Daşkəsən massivi, Şəmkirdə xırda davarlar arasında və Tovuzda 30-a yaxın qara malda brusellyoz xəstəliyi aşkarlanıb. Brusellyoza yoluxanları kənarlaşdırıb nəzarətə götürəcəyik, sonrakı mərhələdə isə sağlam heyvanları vaksinasiya edəcəyik»-deyə, Zahir Ələsgərov qeyd edib.

Layihənin əsas məqsədlərindən biri də fermerlərin maarifləndirilməsidir. Zahir Ələsgərov deyir ki, layihə nəticəsində regionda bu xəstəliyin yayılmasının qarşısı alınarsa, əhalinin ekoloji təmiz, salam məhsullarla təmin etmək mümkün olacaq. Qeyd edək ki, layihənin dəyəri 280 min manatdır və vəsait Norveç hökuməti tərəfindən ödənilir.
XS
SM
MD
LG