Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:26

Bakıda Azərbaycan-Almaniya biznes-forumu başlayıb


Avqustun 27-də Bakıda Almaniyanın Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində XIV Azərbaycan-Almaniya biznes-forumu işə başlayıb.

APA-nın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, mebel istehsalı, logistika və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Biznes-forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanları, Almaniyanın Reynland-Pfalz əyalətinin iqtisadiyyatına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
XS
SM
MD
LG