Keçid linkləri

2026, 21 İyun, bazar, Bakı vaxtı 16:13

Nigar Duyğu. Bir dünya yaratmışam

-

Bir dünya yaratmışam

Dünya yaratmışam gözlərində mən,
Orda günəşim var, ulduz-ayım var.
Dünya yaratmışam əllərində mən.
O qoşa ovcunda sevgi payım var.

Dünya yaratmışam dodaqlarında,
Hələ deyilməmiş misralarım var.
Dünya yatarmışam mən qollarından
Gör öndə nə xoşbəxt ilim-ayım var.
XS
SM
MD
LG