Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Şənbə günü Suriyada 300-dən çox adam öldürülüb


Suriya
Suriyalı fəallar şənbə günü ölkədə azı 330 nəfərin öldürüldüyünü xəbər verirlər.

Məlumatlara görə Dəməşq ətrafında intensiv döyüşlər olub.

Təkcə Darayya şəhərində 2 qadın və 3 uşaq da daxil olmaqla 23 dinc sakin öldürülüb.

Dəməşqin ətrafında isə 200-dən çox adamın cəsədi aşkar edilib.

Həmçinin Hələb və İdlibdə gedən döyüşlərdə onlarla adam ölüb.

Hökumət qoşunları döyüşlərdə tank və vertolyotlardan da istifadə edir.

1 ildən çoxdur ki, Suriyada hökumət və müxalifət qüvvələri arasında silahlı toqquşmalar gedir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 22 mindən çox adamın öldürüldüyünü deyirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG