Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:31

Fransa prezidenti deyib ki, Yunanıstan avrozonada qalmalıdır


Fransa prezidenti Francois Hollande deyib ki, Yunanıstan avrozonada qalmalıdır, amma büdcə xərclərinin ixtisarı ilə bağlı üzərinə götürdüyü öhtəliklərə sadiq qaldığını göstərməlidir.

O bunu bu gün Parisdə Yunanıstanın baş naziri Antonis Samarasla görüşdən sonra deyib.

Samaras isə ölkəsinin avrozonada qalmaq üçün bütün mümkün imkanlara əl atacağını vəd edib.

Samaras büdcə kəsirinin ixtisarı ilə bağlı Yunanıstana verilmiş vaxtın uzadılmasını istəyir.

O cümə günü bu məsələni Almaniyanın kansleri Angela Merkellə də müzakirə edib.

Həmçinin Merkel Yunanıstanın avrozonada qalmasının tərəfdarı olduğunu bildirib.
sonra veriləcək.
XS
SM
MD
LG