Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:50

Naxçıvanlı repçilər konsert verir


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 26 may 2012. sayı: 97 (20.502)


Oxucu məktubları:

SEVİNCİMİN HƏDDİ – HÜDUDU YOXDUR

Muxtar respublikamızda insanların sağlamlığının qorunması prioritet vəzifəyə çevrilib. Yeni xəstəxana binaları tikilir, səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz olunur. Müxtəlif sahələr üzrə yüksək peşəkarlığa malik olan tibb mütəxəssislərinin muxtar respublikaya dəvət olunması da bu sahədə həyata keçirilən xeyirxah tədbirlərdən biridir. Bununla da aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən dövlət hesabına Naxçıvanda müayinə və cərrahiyyə əməliyyatları təşkil edilir. Belə qayğıdan bizim ailəyə də pay düşür.

Məlum olduğu kimi, bu günlərdə «Xəzər qayğıkeşlik layihəsi» çərçivəsində xeyriyyə aksiyası keçirilib. Mənim övladımın da gözündən əməliyyat olunmasına ehtiyac var idi. Növbəyə yazıldıq. Amerikalı həkim Robert Sorcentin rəhbərliyi altında çəpgözlükdən əziyyət çəkən 5 yaşlı övladım Yazgül əməliyyat olundu. Əməliyyat uğurla başa çatdı.

...Mən qəzet vasitəsi ilə ailəm ilə birlikdə dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Sevincimi ifadə etməyə sözümün gücü çatmır. Sanki, övladım yenidən dünyaya gəlib. Dövlətimiz ona nur bəxş etdi...

ƏDƏBİ – BƏDİİ KOMPOZİSİYA

Naxçıvan şəhərindəki «Gənclik» Mərkəzində muxtar respublikanın istedadlı gənclərinin hazırladığı «Biz-siz» adlı ədəbi – bədii kompozisiya təşkil edilmişdir.

Tədbirin aparıcısı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Gənclər təşkilatının sədri Tural Həsənli tədbirin mahiyyəti və məqsədi haqqında məlumat vermişdir.

Tədbirdə gənc xanəndələrdən Ayxan Bünyadzadə və Sərxan Bünyadzadənin ifa etdikləri «Heyratı» muğamı, «Mahur» təsnifi alqışlarla qarşılanmışdır. Naxçıvan rep birliyinin üzvləri Aydın Orucov və Vaqif Babayevin ifasında səslənən «Sevgilim» repi, gənc pianoçu Nərmin Əlizadənin ifasında «One man’s dream» əsəri, gənc gitaraçı müğənnilərdən Nicat Tağızadə və Bəxtiyar Axundovun ifa etdikləri «Mövsüm rüzgarları», «Dağlar – dağlar», «Cənab leytenant», «Saydım» mahnıları tamaşaçılara xoş ovqat bəxş etmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Ləkətağın xoş günləri
- Yaradılan şərait bizi daha da ruhlandırır
- Kənd adamları hərtərəfli qayğı əhatəsindədir
XS
SM
MD
LG