Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:11

Taliban liderlərindən biri öldürülüb


NATO-nun hava zərbəsi nəticəsində Pakistan taliblərinin liderlərindən biri ölüb.

Bu barədə Əfqanıstandakı kolaisiya qüvvələrinin sözçüsü Martin Krayton (Martyn Crighton) məlumat verib.

Əməliyyat Əfqanıstanın Kunar əyalətində keçirilib.

Ölən Pakistanın Bajur rayonunda fəaliyyət göstərən talibançıların lideri Molla Dadullahdır.

Bajur rayonu Əfqanıstanın Kunar əyaləti ilə sərhəddə yerləşir.

Kunar əyalətinin qubernatoru Wasifullah Wasifin sözlərinə görə əməliyyat zamanı 12 yaraqlı öldürülüb.

Molla Dadullahın ölüm xəbərini Pakistan talibləri də təsdiqləyib.
XS
SM
MD
LG