Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:36

Baş Prokurorluq Zərdab polisində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb


-
Baş Prokurorluq Arzu Hüseynovun polis şöbəsində döyülərək ölməsi barədə məlumatları təkzib edir.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Zərdab rayon Polis Şöbəsinin təcridxanasında saxlanan A.Hüseynovun avqustun 21-i saat 21:30 radələrində səhhəti pisləşib. O, şöbənin əməkdaşlarından ağrıkəsici dərman istəyib və bir neçə dəqiqədən sonra ölüb:

«A.Hüseynovun ölməsi barədə daxil olmuş məlumat əsasında rayon prokuroru, prokurorluğun əməkdaşları məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib. Meyitin xarici müayinəsi zamanı qolunda inyeksiya izləri aşkar edilib».

Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunub. Meyit avqustun 22-də Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsində mərhumun valideynləri və qohumlarının iştirakı ilə yarılaraq daxili müayinəsi aparılıb. Bu zaman hər hansı bir şikayət daxil olmayıb.

Birliyin Ucar rayon şöbəsinin ilkin arayışına görə, A.Hüseynovun ölümünə səbəb kəskin ürək-damar çatışmazlığı olub. Hazırda A.Hüseynovun ölməsi faktı üzrə Zərdab rayon Prokurorluğunda araşdırmalar davam etdirilir».

Mərhumun atası Yusif Hüseynov isə oğlunun səhhətində heç bir problem olmadığını və oğlunun döyülərək öldürüldüyünü iddia edir.

Avqustun 23-də Arzu Hüseynovun YouTube sosial şəbəkəsində görüntüləri yayılıb. Həmin görüntülərdə onun boynunda, qollarında və başında xəsarət izləri var.
XS
SM
MD
LG