Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Amerika dövlətləri Ekvadora həmrəylik bildiriblər


Amerika Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri Ekvadorla Böyük Britaniyanı WikiLeaks saytının banisi Julian Assangenin taleyilə bağlı danışıqları davam etdirməyə çağırıblar.

İsveçdə seksual zorakılıqda itiham olunan Assange 2 aydan çoxdur ki, Londondakı Ekvador səfirliyindədir.

Ekvador hökuməti bu günlərdə ona siyasi sığınacaq verib.

Amerika Dövlətləri Təşkilatının Vaşinqtonda keçirilən təcili iclasında nazirlər Ekvador hökumətinə həmrəylik bildirib, diplomatik binalar və ərazilərin toxunulmazlıq prinsipini müdafiə ediblər.

Ekvador ehtiyat edir ki ,Assange Londondakı səfirlikdə həbs edilərək ABŞ-a təhvil verilə bilər.

WikiLeaks saytının ABŞ barədə minlərlə məxfi sənədlər yayması dünyada böyük qalmaqala səbəb olub.

Britaniya polisi bəyan edib ki, Assange səfirliyi tərk edən kimi həbs olunacaq.

London məhkəməsinin qərarına görə o İsveçə verilməlidir.
XS
SM
MD
LG