Nyu Yorkda Empire State Building binası qabağında adamlara atəş açan şəxs əvvəlcə öz keçmiş iş yoldaşını öldürüb, daha sonra ətrafdakılara atəş açıb.
Bu məlumatı Nyu York meri Michael Bloomberg verib.
Avqustun 24-də yerli vaxtla səhər saat 9-da naməlum şəxs Empire State Building qabağında adamlara atəş açmağa başlamışdı və atışmada polis onu öldürdü.
Polisin öldürdüyü silahlı şəxs 53 yaşlı keçmiş paltar dizayneri Jeffrey Johnsondur.
O, paltar idxal edən Hazan İmports şirkətində işləyirmiş, ancaq bir il əvvəl işdən çıxarılıb.
Polisin məlumatına görə, Johnson öz iş yoldaşı ilə mübahisə edirmiş və onu öldürəndən sonra polis onu həbs etməyə çalışıb, bu vaxt Johnson 45 kalibrli silahından atəş açmağa başlayıb.
Atəşmada 9 adam yaralanıb.
Empire State Building məşhur turist mərkəzidir. Hündürlüyü 443m olan bu 102 mərtəbəli binaya hər il 4 milyon turist gəlir.