Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 03:53

Arafatın meyitindən radiasiya analizi götürələcək


İsveçrənin radiasiya laboratoriyası elan edib ki, Fələstinin keçmiş lideri Atafatın meyitinin qalıqlarını polonium analizinə götürəcək.

Laboratoriya Arafatın həyat yoldaşının razılığından sonra bu bəyanatı verib.

Media məlumatlarına görə, Arafatın paltarlarında radioaktiv polonium maddəsinin səviyyəsi çox yüksəkdir və ehtimal olunur ki, Arafat radioaktiv zəhərlənmədən ölüb.

Bundan sonra Fələstin lideri Mahmud Abbas Arafatın meyitinin analizinə göstəriş verdi.

Arafat 2004-cü ildə Paris yaxınlığında xəstəxanada ölüb.
XS
SM
MD
LG