Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:00

BVF-nun Azərbaycan missiyasına yeni rəhbər təyin olunub


Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasına yeni rəhbər təyin olunub.

Bu barədə «APA-ECONOMICS»ə BVF-nin Azərbaycan ofisindən bildirilib.

«Bu vəzifəyə Raca Əl Marzuqi (Raja Al Marzouqi) təyin olunub. O, bundan öncə missiyaya rəhbərlik edən Nadim İlahini (Nadeem Ilahi) əvəz edib. N.İlahi isə öz növbəsində BVF-nin Avropa üzrə Departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin olunub», - deyə BVF-nin Azərbaycan ofisindən bildirilib.

Raca Əl Marzuqi Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentində məsləhətçi işləyib: «Missiyanın yeni rəhbəri artıq ölkə hökumətinə təqdim olunub və rəsmi Bakı da onu bu vəzifəyə təsdiqləyib».

BVF-nin Azərbaycan ofisindən həmçinin bildirilib ki, Raca Əl Marzuqinin yeni vəzifədə Azərbaycana ilk rəsmi səfəri bu ilin noyabrın 8-20-də baş tutacaq.
XS
SM
MD
LG