Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:12

Övladlığa qəbul edilmə qaydaları yenilənə bilər


Azərbaycanda övladlığa qəbul edilmə qaydaları ilə bağlı yeni təkliflər hazırlanır. Bununla bağlı Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsində hazırlıq gedir.

Komitə abc.az saytına bildirib ki, bu iş uşaqların Azərbaycan Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasını nəzərdə tutan «Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti» qaydasına uyğun həyata keçirilir.

«Biz hazırda valideyn himayəsindən məhrum edilmiş və övladlığa qəbul edilmiş uşaqların uçotunun aparılması ilə bağlı təkliflərin hazırlanması üzərində işləyirik. Bu ilin sonuna qədər təkliflərimizi hazırlayıb müvafiq qurumlara təqdim edəcəyik», komitə bildirir.

Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır.
XS
SM
MD
LG