Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:07

Asiya Kommersiya Bankının rəhbəri həbs edilib


Vyetnam polisi ölkənin ən böyük banklarından Asiya Kommersiya Bankının rəhbərini maliyyə cinayətlərinin tərkib hissəsi kimi həbs edib.

Asiya Kommersiya Bankı bildirib ki, bankın bəzi sıxıntıları olduğu üçün kredit verilməsini dayandırıb, amma fəaliyyətini normal davam etdirir.

Avqustun 23-də bank bildirib ki, hadisələrdən narahatlıq keçirən müştəriləri pullarını qurumdan geri çəkməyə başlayıblar.

Vyetnam Xəbər Agentliyi məlumat verib ki, dünən AKB sədri Ly Xuan Hai dövlət qanunvericiliyini pozduğuna və “ağır nəticələrə gətirib çıxardığına” görə həbs edilib.

Həftənin bazar ertəsi isə bankın həmtəsisçisi Nguyen Duc Kien “qanunsuz ticarət” ittihamı ilə tutulub.
XS
SM
MD
LG