Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Dekabr, şənbə, Bakı vaxtı 15:44

Gaddafi tərəfdarlarından 100-dən çox tank götürülüb


Arxiv foto
Arxiv foto
Liviya hökumət qüvvələri keçmiş rəhbər Muammar Gaddafiyə sadiq milis qüvvələrindən 100-dən çox tank və 30-a yaxın raket qurğusu müsadirə edib.

Rəsmi məlumata görə, təhlükəsizlik qüvvələri silahları paytaxtdan 60 kilometr aralıda Tarhunada qrupunun düşərgəsində reyd aparan zamanı aşkarlayıb.

Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, reyd zamanı bir nəfər öldürülüb, bir neçəsi də yaralanıb. 13 milis nümayəndəsi həbs edilib.

Avqustun 19-da iki insanın ölümünə səbəb olan partlayışda hökumət milisi günahlandırır.
XS
SM
MD
LG