Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:23

Mexikoda Xocalı faciəsi qurbanlarına abidə qoyulub


Avqustun 22-də Meksikanın paytaxtı Mexikodakı Azərbaycan-Meksika dostluğu parkında Heydər Əliyevin heykəlinin açılışı olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, dünən şəhərdə həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Mexikonun Tlakskoake meydanı təmir olunduqdan sonra orada Xocalı abidəsi qoyulub və adı dəyişdirilərək Tlakskoake-Xocalı olub.

Açılış mərasimlərində Azərbaycanın baş nazir müavini Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti, Mexikonun meri Marselo Embrard, senator, deputatlar iştirak ediblər.
XS
SM
MD
LG