Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 17:29

Moskvada 2 “Hyde Park” yaradılacaq

Moskva rəhbərliyi ilə müxtəlif siyasi qüvvələrin nümayəndələri şəhərdə Londondakına bənzər 2 “Hyde Park” yaratmaq razılığına gəliblər.

Şəhər meri Aleksey Mayorov bildirib ki, mitinqlər keçirmək üçün “Qorki” parkı və “Sokolniki” rayonunda daimi meydanlar yaradılacaq.

Bu zonalarda aksiyalar keçirmək üçün xüsusi icazə lazım olmayacaq.

Bu ilin yazından bu məsələ ilə bağlı danışıqlar gedirdi.

Xüsusi işçi qrup “Lujniki” və “Bolotnaya” meydanları da daxil olmaqla 4 vaianta baxırdı.
This item is part of
XS
SM
MD
LG