Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

Naxçıvanlıların ləzzətli kənd həyatı...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 25 may 2012. sayı: 96 (20.501)


ALİ TƏHSİL OCAĞINDA ELMİ – PRAKTİK KONFRANS

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Müəllimlər İnstitutu ilə birgə «Ümummilli lider Heydər Əliyev və milli – mənəvi dəyərlər» mövzusunda elmi – praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Əli Rzayev açaraq qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması, onun tərəqqisi naminə misilsiz xidmət göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqımıza məxsus ənənə dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Çağdaş tariximizə öz möhürünü vurmuş Heydər Əliyev dühası Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyəti həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

KƏND İNFRASTRUKTURU: SOSİAL İNKİŞAF VƏ MÜASİR HƏYAT TƏRZİ

...Yadımdadır, o vaxt rəhmətlik atası onu yola salmağa maşın da tapa bilmirdi. İndi dediyinə görə, güzəranı pis deyil, amma yurd çəkir adamı, xüsusən yaşlandıqca. O vaxtdan 15-20 il keçir. İndi gələcək evlərinə - hava limanından evlərinə qədər gördüyünə inanarmı? Bu kəndə bir neçə il qabaq geniş yol çəkilib, kənarları da yamyaşıl. Kənd mərkəzində təzə - təzə binalar: məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib. Bir sözlə, insanların rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Bu sözləri ona deyəndə fikri dəyişildi. Dedi ki, oraya gəlməyimi tezləşdirəcəyəm, gələn həftə kənddəyəm. Düzdür, həyətləri ot – alaf içindədir, amma fasiləsiz qazı, suyu, elektriki var. Bunların hamısını dövlətimiz ondan xəbərsiz yaradıb. Qonşu kimi də bizə düşən o olar ki, maşını verərəm böyük nəvəmə, gedib, onları qarşılayar.

Donub qalmışdım. Bax, buna deyərəm ləzzətli kənd həyatı. Adı kənddir, şəhərdən nə fərqi oldu ki? Amma, hər halda təmiz havası, suyu, bir də torpağa bağlı belə bacarıqlı insanları var.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Vətəndaşlığımızı təsdiq edən sənəd
- Səs haqqında nə bilirik?
- Babək qəsəbəsində iki quruculuq ünvanı
XS
SM
MD
LG