Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:16

Mübariz Qurbanlı: «Seçki komissiyaları tam müstəqildir»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-
«Müxalifətin seçki məcəlləsinə iradları növbəti seçkidə öz uğursuzluğunu sığortalamaq xarakteri daşıyır».

Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

«Bu qanunvericilik əsasında biz gələn il də azad, ədalətli və demokratik seçkilər keçirməyə nail ola biləcəyik. Odur ki, müxalifəti təmsil edən siyasi partiyaların, təşkilatların seçki qanunvericiliyi ilə əlaqədar iradları və iddiaları əslində həmin təşkilatların növbəti seçkilərdə uğursuzluqlarını indidən sığortalamaq məqsədi daşıyan təbliğat xarakterli addımlardır».

YAP rəsmisi hesab edir ki, mövcud Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq qurumların tövsiyələri də nəzərə alınıb və o, bütün siyasi partiyaların maraqlarını ifadə edir:

«Seçki komissiyaları tam müstəqildir və onlar heç bir siyasi qüvvədən asılı vəziyyətdə deyil. Komissiyalar paritet əsaslarla parlamentdə çoxluq və azlığı təmsil edən partiyaların, eləcə də bitərəflərin nümayəndələrindən təşkil olunur. Eləcə də, dövlət normal seçkilərin keçirilməsi üçün bütün şəraiti yaradıb».

Gələcəkdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi yönündə müəyyən addımlar atıla biləcəyini deyən M. Qurbanlı hesab edir ki, sənədi köklü surətdə dəyişməyə ehtiyac yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG