Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Məşhur fantast yazıçının adını Marsda əbədiləşdirdilər


Ray Bradbury, 1990
Ray Bradbury, 1990
-

Marsda ABŞ-ın “Curiosity” kosmik tədqiqat aparatının endiyi yerə Amerika yazıçısı, fantastika janrının görkəmli nümayəndəsi Ray Bradbury-nin adı verilib.

Oxuzalı.az xəbər verir ki, bu barədə Amerikanın Milli Kosmik Agentliyi – NASA bildirib.

“Curiosity”nin Twitter hesabı da var və o, öz işi barədə mütəmadi postlar “edir”. Bu dəfəki şəkilli post belədir:

“Mən Marsda eniş yerimə Ray Bradbury-nin xatirəsinə ehtiram əlaməti olaraq onun adını verirəm.

Bradbury eniş meydanından salamlar!”

“Curiosity” Marsa bir neçə gün əvvəl ensə də, NASA rəsmiləri avqustun 22-ni gözləyiblər.

Avqustun 22-də Bradbury-nin döğum günüdür.

Bu il iyunun 5-də vəfat edən yazıçının avqustun 22-də 92 yaşı tamam olacaqdı.

"Curiosity"nin Marsa enişi rəsmi, 6 avqust 2012
"Curiosity"nin Marsa enişi rəsmi, 6 avqust 2012
XS
SM
MD
LG