«İranın ali dini lideri Ayətullah Xameneyi «Eurovision» mahnı müsabiqəsi günlərində Azərbaycanda terror aktları törətmək barədə şəxsən göstəriş verib. Xameneyinin göstərişi ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Quds Force) xüsusi bölmələri fevralda İsrail diplomatlarına üç bomba hücumu planlaşdırıblar».
Bu barədə Böyük Britaniyanın «The Telegraph» qəzeti yazır.
Məqalədə Qərb kəşfiyyatına istinadən iddia olunur ki, Quds Force bir neçə Qərb hədəfinə hücumlar planlaşdırıb. Ötən il ABŞ rəsmiləri bu qurumun adını Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirinə sui-qəsd cəhdində hallandırıblar. Ötən ay isə Keniyada partlayıcı maddələr saxlamağa görə iki iranlı həbs olunub.
Yazıda qeyd olunur ki, Qərb Suriya Prezidenti Bashar al-Assadın devrilməsini dəstəklədiyinə görə İranın ali dini lideri həmin hücumlara göstəriş verib.
Qərb kəşfiyyatçılarına görə, İranın Milli Təhlükəsizlik Şurasının bu yaxınlarda Tehranda keçirdiyi fövqəladə görüşündən sonra Əli Xameneyi hərəkətə keçib. Görüşdə Assad rejiminin devrilməsinin İrana təsirlərinə dair xüsusi hesabatı müzakirə olunub.
İRANIN MİLLİ MARAQLARINA TƏHLÜKƏ
Dəməşq İranın vacib müttəfiqidir. Xameneyinin hazırladığı həmin hesabatda isə bildirilir ki, BMT-nin İranın nüvə proqramına sanksiyaları və Qərbin Suriya müxalifətinə davamlı dəstəyi İranın milli maraqlarına təhlükə yaradır.
Hesabata görə, İran rejimi Qərbə göstərməlidir ki, onun Suriyaya dair qəbul etdiyi məsələlərin bir həddi var.
Xameneyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qassem Suleimaniyə göstəriş verib ki, Qərb və onun müttəfiqlərinə hücumları gücləndirsin.
Kəşfiyyatçılar inanırlar ki, İran hücumlarının son dalğasını həmin korpusun 400-cü bölməsi həyata keçirib. Həmin bölmə xüsusi əməliyyatlara baxır.
Hələlik İranın Azərbaycandakı səfirliyindən qeyd olunan məsələyə dair mövqe ala bilməmişik.