Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 14:52

Amerikada "West Nile" virusu surətlə yayılır

ABŞ səhiyyə rəsmiləri bildirib ki, "West Nile" virisuna yoluxanların sayı keçən həftə 60 faizi ötüb. Rəsmilər bunu xəstəliyin yüksək həddə yayılması kimi qiymətləndirib.

ABŞ Xəstəlik Nəzarəti Mərkəzi deyib ki, bu il 1 mindən çox infeksiyaya yoluxma və bu virusdan 41 ölüm halı qeydə alınıb. Bir həftə əvvəl isə virusa yoluxanların sayı 700-ü keçib, 26 nəfər isə ölüb.

Bu il infeksiyaya yoluxma əsasən Texasda baş verib, amma artıq 47 ştatda da virusun yayılması qeydə alınıb.
This item is part of
XS
SM
MD
LG