Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 08:48

Şimali Koreyanın təmsilçisi İranda beynəlxalq sammitə qatılacaq

Şimali Koreya Ali Xalq Məclisinin rəhbəri Kim Yong Nam gələn həftə İranda keçirilən beynəlxalq sammitdə iştirak edəcək. Ölkənin rəsmi xəbər agentliyi bildirib ki, səfər zamanı Kim Yong Nam İran prezidenti Mahmud Ahmadinejla görüşəcək. Kim Jong Un ölkəni idarə etsə də, Kim Yong Nam Şimali Koreyanı yüksək diplomatik səfərlərdə təmsil edir.

İran və Şimali Koreya məmurları əvvəllər bildiriblər ki, onlar ABŞ və Qərbə qarşı mübarizədə "bir səngərdə"dirlər.

Onların nüvə və reaktiv texnologiyalarla bağlı gizli tərəfdaş olması ilə bağlı şübhələr var.
This item is part of
XS
SM
MD
LG