Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:26

Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır


Avqustun 23-ü Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür.

Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa ölkə prezidentinə tabe olan xüsusi hərbi hissədir.

Bu xidmət prezidentin və digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycanda olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyini, Prezidentin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsini təşkil və təmin edir.

Xidmət həmçinin prezident rabitəsini və xüsusi rabitəni təşkil edir. Bundan başqa dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsini də bu xidmət həyata keçirir.

2003-cü ildən Xüsusi Dövlət Mühafizə Xidməti ixrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini də təmin edir.

Xüsusi Dövlət Mühafizə Xidməti 1993-cü il avqustun 23-də yaradılıb.
XS
SM
MD
LG