Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

Çərşənbə günü Suriyada azı 77 adam öldürülüb


Suriyanın hərbi hava qüvvələri bu gün Hələb şəhərini bombalamaqda davam edib.

Həmçinin Deera şəhəri, İdlib və Homs əyalətlərində toqquşmalar davam edib.

Dəməşqdə keçirilmiş reyd zamanı isə azı 20 dinc sakin öldürülüb.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, üsyançılar Albu-Kamal rayonundakı hərbi qərərgah və nəzarət-buraxılış məntəqələrini ələ keçiriblər.

Ümumilikdə çərşənbə günü Suriyada 45 dinc sakin də daxil olmaqla 77 adam ölüb.

ABŞ və Fransa yenidən prezident Bashar Assadı istefa verməyə çağırıblar.
XS
SM
MD
LG